10 fevral 2013 17:07
Bernard Raab: Qol epizodlarımız rəqibdən daha çox idi
“Sumqayıt”ın baş məşqçisi Bernard Raab Topaz Premyer Liqasının 19-cu turunun “Bakı” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Oyunboyu komandam yaxşı oynadı. Qol epizodlarımız rəqibdən daha çox idi. Hesabı açdıqdan sonra əks-hücumlarda ikinci qolu vurmaq üçün də imkanlarımız oldu. Bu imkanlardan yararlana bilmədyimizə təəssüflənirəm. Müdafiənin səhvindən qapımızda qol gördük. Son 20 dəqiqədə qalib gəlmək üçün risk etdik. Lakin son ötürmələrdə dəqiqlik çatmırdı. Ümumilikdə nəticədən razıyam”.
