10 fevral 2013 17:44
Ramiz Məmmədov yenilərdən razı qaldı
“Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov Topaz Premyer Liqasının 19-cu turunun “Qarabağ” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Komandalar gözəl oyun nümayiş etdirdi. Yeni transfer etdiyimiz futbolçular özlərini yaxşı tərəfdən göstərdi. Hər iki komandaya gələcək oyunlarda uğurlar arzulayıram”.
