10 fevral 2013 11:11

Vüqar Nadirov: Portuqaliya ilə də mübarizə apara bilərik

“Qarabağ”ın yarımmüdafiəçisi Vüqar Nadirov azerisport.az saytına müsahibəsində “Qəbələ” ilə oyundan, eləcə də Lixtenşteynlə yoxlama görüşünü xatırlayıb.
 
- “Qəbələ” ilə oyundan nə gözləyirsiz?
- “Qəbələ” güclü komandadı. Həm də bizi orda çox soyuq hava şəraiti gözləyir. Amma biz bunlara hazırıq.
 
- Hətta isti Dubaydan yenicə dönsəz də...
- Elədi.
 
- Lixtenşteynlə oyun barədə nə deyə bilərsiz?
- Daha yaxşı oynaya bilərdik. Xüsusilə də hücumlarımızın məntiqi sonluqla başa çatdırılmasında. Amma əsas qələbə qazanmağımız idi.
 
- İlk hissədə komanda o qədər də parlaq oyunla yadda qalmadı...
- Birincisi, biz qol vura bilmədiyimizdən, bu gərginliyi artırırdı. İkincisi heyətdə yeni futbolçular var idi. Bizə sadəcə futbolçular arasında anlaşma səviyyəsini yaxşılaşdırmaq lazımdı.
 
- Adətən müdafiə futbolu oynadığına görə tənqid olunan Azərbaycan yığması Dubayda tam fərqli, hücum futbolu sərgilədi. Bunun ənənəyə çevrilməsini gözləmək olar?
- Siz özünüz də gördünüz ki, Lixtenşteyn müdafiədə oturmuşdu və hücuma getmək istəmirdi. Qapımız qarşısında cəmi iki vəziyyətləri oldu. Əlbəttə, biz həmişə, bütün rəqiblərə qarşı belə oynayacağımızı deyə bilmərik. Amma Dubayda məhz bu cür oyun tərzini yoxlamağımız mənim çox xoşuma gəldi.
 
- Deməli, qarşıdakı Lüksemburq və Portuqaliya ilə oyunlarda bunun təkrarlanacağını gözləməyə dəyməz?
- Niyə ki? Əlbəttə, bu rəqiblərimiz daha səviyyəli komandalardı. Xüsusilə də Portuqaliya. Amma biz onlarla da mübarizə apara bilərik.
 
- Bu dəfə Dubaydan qol buraxmadan ayrıldınız. Bu, sizi sevindirir?
- Əlbəttə. Komanda hücum edəndə, futbolçuların kompakt hərəkət etməsi vacibdi. Belədə, müdafiəçilər də daha inamlı çıxış edirlər. Artıq biz bu nəticələrdən sonra martda keçiriləcək oyunlara yaxşı əhval-ruhiyyədə hazırlaşa bilərik.
 
- Bu oyunlardan neçə xal gözləyirsiz?
- Gəlin, bu haqda öncədən danışmayaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.