11 fevral 2013 00:22
Cavid Hüseynov: Türkiyə klubunun verəcəyi puldan imtina etdim
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Cavid Hüseynov azerisport.az saytına müsahibəsində Türkiyənin “Adana Demirspor” klubundan ayrılmasından, eləcə də “Bakı”ya keçidindən danışıb. O, yeni klubunun “Sumqayıt”la oyunundan sonra bunları dilə gətirib:
“Mən hələ “Bakı” ilə tam müqavilə bağlamamışam. Yəni məsələyə nöqtə qoyulmayıb. Amma məni bu komandanın futbolçusu saymaq olar. Düzdü, “Bakı” ilə bir illik müqavilə imzalamaq istəyirəm. Amma böyük ehtimalla iki il yarımlıq müqavilə bağlayacağıq”.

Hüseynov yenidən Azərbaycan çempionatına qayıtmasından sevincli olduğunu bildirib: “Şadam ki, yenidən Premyer Liqaya qayıtdım. Etiraf edim ki, Türkiyədə mənə heç də rahat deyildi. Mütəmadi toplanışlar, səfərlər mənim “Adana Demirspor”un əsas heyətinə düşməyimə çətinlik yaradırdı. Ona görə də komandanı təkr etməyə qərar verdim. Müxtəlif variantlar var idi. Amma ən realı “Bakı” idi. Bu üzdən də paytaxt klubunu seçdim”.
Cavid Türkiyə klubu ilə müqavilənin ləğvinə də toxunub: “Müqaviləyə əsasən türklər mənə pul ödəməli idilər. Amma biz bu problemi çox asanlıqla həll etmək qərarına gəldik. Onlar mənim transfer vərəqəmi verib, klubdan ayrılmağıma razılaşdılar, mən də alacaqlarımdan imtina etdim. Beləcə, bütün əşyalarımı toplayıb, vidalaşıb, ayrıldım”.

“Zolaqlılar”ın yeni yarımmüdafiəçisi “Sumqayıt”la heç-heçədən (1:1) də danışıb: “Təəssüf ki, bu oyunda qələbə qazana bilmədik. İlk altılığa düşmək şanslarımız azdı. Amma ruhdan düşməyib, sona qədər bunun üçün çalışacağıq. Eyni zamanda kubokda da şanslarımızı qoruyuruq. Mənə gəlincə, hazırda yaxşı formadayam. Xüsusilə də yığmanın son toplanışının ardından. Ümid edirəm ki, “Bakı”nın əsas heyətinə daha tez düşə biləcəm”.