10 fevral 2013 11:57
Elhad Nəziri komandasına kömək edə bilmədi
Futbol üzrə Azərbaycan yığmasının üzvü Elhad Nəziri Moldovanın “Milsami” klubunun heyətində növbəti matçını keçirib. Azerisport.az xəbər verir ki, həmyerlimizin komandası Özbəkistan “Metallurg”u ilə qarşılaşıb.
Qarşılaşma özbəklərin 2:0 hesablı qələbəsi ilə başa çatıb. “Metallurg”un hər iki qolu birinci hissəyə təsadüf edib.
Qeyd edək ki, Nəziri meydana start heyətdə çıxıb. O, fasilədə əvəzlənib.
