10 fevral 2013 17:55
Cihan Özkarasız Sivasspordan Trabzonspor qələbəsi (YENİLƏNİB)
Bu gün futbol üzrə Türkiyə Super Liqasında 21-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin hücumçusu Cihan Özkaranın şərəfini qoruduğu “Sivasspor” evdə “Trabzonspor”u qəbul edib.
Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Bu görüşdə Özkaranın meydana çıxıb-çıxmayacağı maraqla gözlənilirdi. Lakin təəssüf ki, futbolçumuz bu görüşün iştirakçısı olmayıb.
Qeyd edək ki, “Sivasspor” 29 xalla 8-ci yerdə gedir.
Türkiyə Super Liqası
21-ci tur
10 fevral
Sivasspor – Trabzonspor - 2:0
