11 fevral 2013 01:09
Parks Bakıya qayıtdı, amma yaşıl meydanlara martda dönəcək
“Bakı”nın kosta-rikalı hücumçusu Uinston Parks Azərbaycana qayıdıb. Azerisport.az xəbər verir ki, artıq komandasının düşərgəsinə qoşulan təcrübəli futbolçu fərdi proqram üzrə hazırlaşır.
Onun təxminən mart ayında yaşıl meydanlara qayıtması gözlənilir.
Qeyd edək ki, Parks mövsümün əvvəlindən etibarən zədəlidi və “Bakı”ya kömək edə bilmir. Onun qışda komandadan gedəcəyi haqda söhbətlər dolaşsa da, klub rəhbərliyi hücumçunu komandada saxlamağa qərar vermişdi.
