11 fevral 2013 17:50
İnter Lənkərandan qələbə ilə qayıdır (YENİLƏNİB)
Bu gün Topaz Premyer Liqasında 19-cu turun oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, son oyun günündə cəmi bir görüş baş tutub.
Hesabat turunun qapınış, həm də mərkəzi görüşündə “Xəzər Lənkəran” “İnter”i qəbul edib. Qeyd edək ki, “Xəzər Lənkəran” ilk altılığın sonuncu pilləsində qərarlaşıb və bu təhlükəli zonadan bir qədər uzaqlaşmaq istəyir. Lakin onları çempionatın lideri ilə çətin görüş gözləyirdi. Odu ki, tərəflərin ifasında güzəştsiz mübarizə izləyəcəyimiz dəqiq idi. Gözlənilən kimi də oldu. Belə ki, beş qolun vurulduğu oyunda azarkeşlər çox maraqlı futbolun şahidi oldular. Qələbəni isə paytaxt klubu bayram etdi.
Topaz Premyer Liqası
19-cu tur
11 fevral (bazar ertəsi)
XƏZƏR LƏNKƏRAN – İNTER - 2:3 (0:2)
Qollar: A.Məmmədov, 5 (0:1), B.Sxadadze, 30 (0:2), U.Pamuk, 52 (1:2), S.Zərgərov, 82 (1:3), A.Ramazanov, 83 (2:3)
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Zeynal Zeynalov, Ramil Diniyev.
Lənkəran şəhər stadionu.
Oyun başladı
5. A.Məmmədovun möhtəşəm zərbəsi erkən qolla nəticələnir - 0:1
9. Sxadadzenin çox təhlükəli ötürməsini A.Doblas Fomenkodan daha tez çatır
15. "Xəzər Lənkəran" daha böyük qüvvəylə irəli atılsa da, qonaqlar xüsusilə əks-hücumlarda çox təhlükəli təsir bağışlayırlar
17. Sxadadzenin çox təhlükəli zərbəsini yenə Doblas geri qaytara bilir
19. E.Abdullayev hesabı bərabərləşdirməyə çox yaxın olsa da, G.Lomaya əla reaksiya nümayiş etdirir
21. Cənubluların korner vuruşu təhlükəli olsa da, qolla nəticələnmir
25. Kandelaki ilə Alviz xoşagəlməz hərəkətlərə görə sarı vərəqə ilə cəzalanır
30. Fomenkonun çox ideal ötürməsini Sxadadze dəqiq zərbə ilə tora qovuşdurur - 0:2
31. Sialmasın zərbəsini Lomaya asanlıqıa tutur
35. "Xəzər Lənkəran"ın müdafiə xətti çox zəif təsir bağışlayır
36. A.Məmmədov daha bir qol vurmağa yaxın olsa da, zərbəsi qapıdan yan keçir
40. XL daha bir kornerdən yaxşı yararlana bilmir
41. XL az qala hesab arasındakı fərqi azaldacaqdı. Amma son anda top dirəyin yanından keçir
42. Yenə XL, yenə korner, yenə uğursuzluq...
45. İlk yarıya 1 dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. Karles Bakes va-banka gedir. O, U.Pamukla M.Orsuliçi döyüşə atır
52. Kandelakinin kobud səhvindən sonra meydana yenicə daxil olmuş U.Pamukun qüvvətli zərbəsi Lomayanın da inamsız çıxışı sayəsində tora daxil olur - 1:2
53. E.Abdullayev sarı vərəqə alır
57. Sialmasın korner vuruşundan sonrakı zərbəsində dəqiqlik çatışmır
58. İ.Niasseni V.Abramidze əvəzləyir
59. Sxadadzenin zərbəsi qapıçıda qalır
61. XL-da son dəyişiklik: E.Cəfərovu Ağabala Ramazanov əvəzləyir
64. A.Məmmədov S.Zərgərovla əvəzlənir
65. XL artıq təzyiqi artırıb və bərabərlik qolunu vurmağa çalışır
70. Qarşılıqlı hücumlar davam edir
77. Orsuliçin cərimə zərbəsi dəqiq olmur
79. Fomenkonun qola sevinməsinə son anda Doblas mane olur
79. Qonaqların korner vuruşu alınmır
80. Doblas növbəti dəfə komandasını real qoldan xilas edir
82. S.Zərgərov bir neçə müdafiəçinin arasından qapıya qarşısıalınmaz zərbə endirir - 1:3
83. A.Ramazanov əla hücumu qolla tamamlayır - 2:3
85. S.Georgiyevski sarı vərəqə alır
86. Levin də sarı vərəqəsiz ötüşmür
90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
90+1. Skardueli də sarı vərəqə alır
90+2 Y.Fomenkonu N.Hacıyev əvəzləyir
Matç başa çatdı
XƏZƏR LƏNKƏRAN: Toni Doblas, Elnur Allahverdiyev, Robert Alviz, Adrian Pit, Elnur Abdullayev, Alvaro Silva, Adrian Skarlatake, Vanderson Skarduelli, Rahid Əmirquliyev, Dmitrios Silamas, Elnur Cəfərov.
İNTER: Georgi Lomaya, Ruslan Əmircanov, Asif Məmmədov, Vladimir Levin, Bryus Abdulay, Slavço Georgiyevski, Fuad Bayramov, İliya Kandelaki, Yuri Fomenko, Baçana Sxadadze, İbrahima Niasse.
Turun digər oyunlarının nəticəsi: Kəpəz – Neftçi – 0:3, Rəvan – Turan – 2:0, AZAL – Simurq – 1:1, Bakı – Sumqayıt – 1:1, Qəbələ – Qarabağ – 1:1.
| 1 | İnter | 19 | 10 | 7 | 2 | 22 | 9 | +13 | 37 |
| 1 | Simurq | 19 | 9 | 7 | 3 | 24 | 12 | +12 | 34 |
| 3 | Qarabağ | 19 | 8 | 8 | 3 | 24 | 17 | +7 | 32 |
| 4 | Neftçi | 18 | 10 | 2 | 6 | 38 | 21 | +17 | 32 |
| 5 | Qəbələ | 19 | 8 | 5 | 6 | 22 | 19 | +3 | 29 |
| 6 | XL | 19 | 6 | 6 | 7 | 26 | 21 | +56 | 24 |
| 7 | AZAL | 18 | 5 | 8 | 5 | 22 | 20 | +2 | 23 |
| 8 | Sumqayıt | 19 | 5 | 6 | 8 | 18 | 33 | –15 | 21 |
| 9 | Bakı | 18 | 3 | 11 | 4 | 16 | 14 | +2 | 20 |
| 9 | Turan | 18 | 5 | 5 | 8 | 19 | 24 | –5 | 20 |
| 11 | Rəvan | 19 | 5 | 4 | 10 | 18 | 31 | –13 | 19 |
| 12 | Kəpəz | 19 | 2 | 3 | 14 | 11 | 39 | –28 | 9 |
Bombardirlər:
16 - Nikolas Kanales (Neftçi)
10 - Franko Nildo (AZAL)
7 - Riçard Almeyda (Qarabağ), Salif Ballo (Turan), Zohair Benouahi (AZAL)
6 - Xuan Manuel Varea (Rəvan), Baçana Sxadadze (İnter).
