10 fevral 2013 15:08
Azərbaycan üçünçü yer uğrunda oyunda da məğlub oldu
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunmuş “Open Beach Soccer League 2013” turnirində son oyununu keçirib. Azerisport.az xəbər verir ki, yığmamızın bu dəfəki rəqibi Rusiyanın “Golden” klubu olub.
Üçüncü yer uğrunda keçirilən oyun millimizin 2:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Komandamız bu görüşdə aşağıdakı heyətlə mübarizə aparıb:
Ramil Əliyev, Comərd Baxşəliyev, Elçin Qasımov, Elvin Quliyev, Ramin Quliyev, Fayər Hüseynov, Asif Zeynalov, Zeynal Zeynalov, Orxan Məmmədov, Sahib Məmmədov, Nahid Mehrəliyev, Vaqif Şirinbəyov.
Qeyd edək ki, Bəhram Hətəmovun yetirmələri qrup mərhələsindəki ilk oyunda Rusiyanın “Podvodnik” klubuna 5:1 hesabıyla qalib gəlmişdi. İkinci oyunda məhz “Golden”ə uduzan futbolçularımız ELMONT-u 5:3 üstələmişdilər. Yarımfinal görüşündə isə yerli “Kristall”a 3:4 hesabıyla uduzmuşduq.
Golden – Azərbaycan - 3:2 (2:1)
Qollar: E.Quliyev, 3 (0:1), Aqelyarov, 13 (1:1), Petrov, 15 (2:1), Surmilo, 30 (3:1), E.Quliyev, 32 (3:2).
