10 fevral 2013 16:47
“Qırmızı vərəqə oyunumuza təsir etdi”
“Bakı” klubunun baş məşqçisi Bojidar Bandoviç Topaz Premyer Liqasının 19-cu turunun “Sumqayıt”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Yeni ildə ilk oyunumuz idi, qələbə qazanmaq istəyirdik. İlk hissədə oyuna nəzarət etsək də, rəqib əks-hücumlarda təhlükəli idi. Hesabda geri düşdükdən sonra gözəl qol vurub hesabı bərabərləşdirdik. İkinci hissəyə də yaxşı başladıq. Lakin bəzi epizodlarda ötürmələrdə səhvlər edirdik, topu rəqibə bağışlayırdıq. Qırmızı vərəqə oyunumuza təsir etdi. Rəqib komanda əks-hücumda bir neçə dəfə fərqlənə bilərdi. Qarşıdakı oyunlarda qalib gəlməliyik”.
