11 fevral 2013 18:07
Yığmamızın baş məşqçisi: Bu dəfə çempion olmalıyıq
Futzal üzrə Azərbaycan yığmasının baş məşqçisi Joze Alesio da Silva Bakıda təşkil olunacaq sayca altıncı beynəlxalq turnir öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Avropa çempionatının seçmə mərhələsi ərəfəsində bu turnir bizim üçün çox böyük əhəmiyyət daşıyır. Son dövrlər çox çalışırıq. Daha çox işimiz Moskva toplanışında oldu. Orda üç sınaq matçı da keçirdik. İndi komanda çox yaxşı təsir bağışlayır. Bizi çox maraqlı turnir gözləyir. Moldova, Özbəkistan və Belarus yığmaları çox yaxşı komandalardı. Ötən mövsüm biz bu turniri Ukraynaya uduzmuşduq. Bu dəfə qələbə qazanmalıyıq”.