11 fevral 2013 18:19
Azərbaycanlı hakimlər milli komandamızın oyununda
VI Bakı Beynəlxalq Futzal Turnirinin ilk oyun günü keçiriləcək qarşılaşmalara hakimlərin təyinatı açıqlanıb. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumatda bildirilir ki, ilk oyun günündəki iki görüşü aşağıdakı hakimlər idarə edəcəklər:
12 fevral (çərşənbə axşamı)
Saat 16:30. Özbəkistan - Azərbaycan-2
Hakimlər: Məmmədov Elçin, Əsgərov Azər, Məhərrəmov Ramiz
Saat 18:30. Azərbaycan – Latviya
Hakimlər: Səmədli Elçin, Nurullayev Yusif, Hüseynov Azad Ə.
