11 fevral 2013 18:40
İnter rəsmən ilk altılıqda
Topaz Premyer Liqasının 19-cu turunda səfərdə “Xəzər Lənkəran” üzərində qazandığı möhtəşəm qələbə (3:2) “İnter”i rəsmən ilk altılığa çıxarıb. Azerisport.az xəbər verir ki, xallarının sayını 37-yə çatdıran paytaxt təmsilçisi artıq qalan üç görüşdə məğlub da olsa, ilk altılıqda qalacaq.
Qeyd edək ki, “İnter”i hazırda “Simurq” (34 xal), “Qarabağ” və “Neftçi” (hərəyə 32), “Qəbələ” (29), “Xəzər Lənkəran” (24), eləcə də AZAL (23) izləyir.
Sonda onu da əlavə edək ki, “Simurq”, “Qarabağ”, “Qəbələ” və “Xəzər Lənkəran”ın ilk altılığa vəsiqəni rəsmiləşdirməsi üçün üç oyunu qalır. “Neftçi” və AZAL isə buna dörd oyunda nail ola bilər. Çünki bu komandaların 4-cü turda keçirilməli olan oyunları təxirə salınmışdı və fevralın 13-də baş tutacaq.
