11 fevral 2013 19:05
Karles Bakes: Oyunçularımızda sərtlik yox idi
Topaz Premyer Liqasının 19-cu turuna “Xəzər Lənkəran” – “İnter” oyunu ilə yekun vuruldu. Azerisport.az xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən oyun paytaxt klubunun 3:2 hesablı qələbəsi ilə başa çatdı.
Görüşdən sonra “Xəzər Lənkəran”ın baş məşqçisi Karles Bakes fikirlərini açıqlayıb: “Oyuna yaxşı başlamadıq. İlk qolda “İnter”in oyunçusu sərbəst qaldı, rahatlıqla zərbəni qapıya vurdu, qol oldu. Oyunçularımızda mübarizə vaxtı sərtlik yox idi. İki fərqli hissə oynadıq. İkinci hissədə daha yaxşı oyun göstərdiyimizi düşünürəm”.
