11 fevral 2013 19:17

Böyükağa Hacıyev: Qəbələ və Qarabağdan daha çox ehtiyatlanmaq lazımdı

“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Topaz Premyer Liqasının 19-cu turunun “Kəpəz”lə oyunundan sonra azerisport.az saytının bir sıra suallarını cavablandırıb.
 
- “Neftçi”nin  2013-cü ilə möhtəşəm başlaması rəqibin zəif olmasından irəli gəlirdi?
- “Kəpəz” heç də pis oynamadı. Görünürdü ki, Mahmud Qurbanov komandada əla atmosfer yarada bilib. Biz onları düzgün qiymətləndirməsəydik, hər şey çox pis başa çata bilərdi. Çempionatımızda zəif komanda qalmayıb. Sadəcə, səviyyə baxımından bəzi klublara uduzanlar var.

- Flavinyo ilə Bertuççini niyə əvəzlədiniz?
- Matçın sonlarında “Kəpəz”in futbolçuları kobud oynamağa başlamşdılar. Flavinyo ilə Bruno da əvəzlənməsini özü istədi. Onlar zədə almaqdan qorxurdular.
 
- Siz qış fasiləsindən öncə 4-5 futbolçu almaq istədiyinizi demişdiniz. Amma geri qayıdan Denis Silvadan əlavə cəmi iki oyunçu aldınız...
- “Neftçi”nin öz səviyyəsi var. Biz təklif olunan hər futbolçunu ala bilmərik. Bizə ispaniyalı pleymeyker təqdim etmişdilər. Beş günə dedim ki, o, “Neftçi”yə lazım deyil. Çünki o, özünü göstərə bilmədi. Başa düşdüm ki, o, mənim sxemimə uyğun gəlmir və Kanaleslə oynaması çətin olacaq.
 
- Qarşıda sizi AZAL ilə oyun gözləyir...
- AZAL çox güclü komandadı. Vaqif Sadıqov kimi təcrübəli və yaxşı məşqçiləri var. O, yaxşı, döyüşkən heyət yaradıb. Uğurları da qanunauyğundu. “Neftçi”ni çox çətin matç gözləyir. Amma bizi qələbədən başqa heç bir nəticə qane etmir. Əgər komanda çempion olmaq istəyirsə, hər oyunda qələbə qazanmalıdı. Eyni zamanda mənim üçün layiqli oyun da vacibdi.
 
- Çempionluq yolunda əsas rəqib kimi hansı komandaların adını çəkə bilərsiz?
- Mən hər bir komandanı rəqibimiz hesab edirəm. Amma lap dəqiqini bilmək istəyirsinizsə, “Qarabağ” və “Qəbələ”dən  daha çox çəkinmək lazımdı. Bu komandaların sərgilədikləri futbol çox xoşuma gəlir.
 
- Cavid İmamverdiyevin Kiyev “Dinamo”suna keçidi alınmadı. Buna sizin münasibətinizi bilmək maraqlı idi...
- İmamverdiyevə təcrübə toplamaq lazımdı. O, hələ “göydü”. Mən ona demişdim ki, hər şey özümdən asılıdı. Gəlin etiraf edək ki, onun bu komandanın əsas heyətində möhkəmlənmək şansı çox az idi. O, hələ öz üzərində çox çalışmalıdı. Yanvarda onu bir çox komanda öz heyətində görmək istəyirdi. Onların arasında Türkiyə klubları da vardı. Fikrimcə, Cavid Türkiyə klublarından birinə keçsəydi, bu, onun üçün daha faydalı olardı. Amma o, özü Ukraynanı seçdi.
 
- “Neftçi”nin daha bir Cavidi – Hüseynov Türkiyə klubundan ayrılıb, “Bakı”ya qayıtdı...
- O, yaxşı futbolçudu. Türkiyədə də özünü göstərməyə imkan tapdı. Onun o vaxt “Neftçi”dən getməsi zəif futbolçu olması anlamına gəlmir. Sadəcə, “Neftçi”nin öz səviyyəsi var. O, bizim taktikamıza uyğun gəlmirdi. “Bakı”dakı karyerasında uğurlar arzulayıram.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.