12 fevral 2013 00:15

Qaldığı yerdən...

Futbol üzrə Azərbaycan çempionatında qış fasiləsindən sonrakı ilk tura yekun vuruldu. Azerisport.az xəbər verir ki, Topaz Premyer Liqasının 19-cu turunun 3 gün ərzində baş tutan görüşlərində bir sıra maraqlı nəticələr baş tutdu.
 
Hesabat turunun açılış matçında son çempion “Neftçi” Bakıda “Kəpəz”in “qonağı oldu”. Elə də yaxşı günlərini yaşamayan və turnir cədvəlinin son pilləsində qərarlaşan Gəncə klubunun ev oyununu paytaxtda keçirməsi onsuz da bir neçə baş üstün olan rəqiblə görüşdə şansları daha da azaldırdı. Gözlənildiyi kimi, bu qarşılaşmada heç bir sürpriz qeydə alınmadı. Böyükağa Hacıyevin yetirmələri rəqibini 3 cavabsız qolla məğlub edərək, zirvəyə daha da yaxınlaşdı. Qışda heyətini xeyli yeniləməsinə baxmayaraq, Mahmud Qurbanovun komandasında oyun və nəticə baxımından heç bir irəliləyişin olmadığı diqqət çəkdi.
 
İlk oyun gününün daha bir maraqlı görüşü cari mövsümdə qətiyyən özünə bənzəməyən “Bakı” ilə “Sumqayıt” arasında baş tutdu. Heyətini xeyli gücləndirən “zolaqlılar”dan bu görüşdə çox şey gözlənilirdi. Bu qarşılaşma həm də ilk dövrədə Sumqayıtda qeydə alınan məğlubiyyəti unutdurmaq baxımından Bojidar Bandoviçin komandası üçün çox önəmli idi. Amma qarşılaşma tam fərqli mətləbləri üzə çıxardı. Hesabı açan tərəf “Sumqayıt” oldu. Bernard Raabın komandası hətta böyük hesabla da qalib gələ bilərdi. Çünki fasilədən sonra paytaxt təmsilçisinin yeni transferi Aqil Nəbiyev debüt matçında qırmızı vərəqə almaqla “Bakı”nı çətin vəziyyətdə qoydu. Amma qonaqlar bu şansdan maksimum yararlana bilmədilər. Bu azmış kimi, sonda görüş heç-heçə ilə başa çatdı. Təbii ki, bu bir xal da “Sumqayıt” üçün uğur sayıla bilər. Ölkə kubokunun qalibi isə bu gedişlə ilk altılıqdan kənar qalmaq üzrədi. Maraq üçün qeyd edək ki, bu oyunda “Bakı” cari mövsümdə keçirdiyi 18 matça 11-ci (!) heç-heçəsinə razılaşdı.
 
AZAL bu tur liderlər qrupunda qərarlaşan “Simurq”la qarşılaşdı. Qarşılaşmada hesab elə ilk dəqiqələrdə açıldı. Zaqatala klubu zirvə mübarizəsini davam etdirmək üçün mütləq qələbə qazanmalıydı. Amma Vaqif Sadıqovun komandası da ilk altılığa düşmək istədiyindən, bu görüşdə qələbə qazanmaq iddiasındaydı. Lakin tərəflər sonda heç-heçəyə razılaşmalı oldular. Beləcə, “Simurq” ən azı bir günlüyə də olsa, zirvəyə şərik çıxdı. “Təyyarəçilər” isə altılığa düşmək üçün mübarizəsini davam etdirə bilər.
 
Cari mövsüm xeyli sürprizlərə imza atan “Turan” bu dəfə “Rəvan”ın qonağı oldu. Ramil Əliyevin rəhbərliyi altında ilk matçına çıxan paytaxt təmsilçisi Əfqan Talıbovun gəlişindən sonra xeyli artıran Tovuz təmsilçisinə növbəti süpriz imkanı vermədi. Bakılılar rəqib qapısından keçirdiyi iki cavabsız qolla çox mühüm 3 xal qazandı. Özü də maraqlıdı ki, hər iki qolu “aslanlar”ın yeni transferləri vurdular. Xüsusilə Kalonasın meydana daxil olduqdan sonra topa ilk toxunuşunda qol vurması “Rəvan”ın yeni transferlərinin uğurlu alınmasına işarə sayıla bilər. Amma təbii ki, Adamoviçlə Kalonasın bundan sonrakı performansı da bundan az əhəmiyyət daşımayacaq.
 
Qəbələdə bu şəhərin eyni adlı təmsilçisi ilə “Qarabağ” arasındakı oyuna da maraq böyük idi. İlk dövrədə keçirilən oyunda “Qəbələ” qalib gəlmişdi. Elə bu oyunda da meydan sahiblərinin şansları daha yüksək qiymətləndirilirdi. Axı bölgə təmsilçisi xeyli yeni transferlərə imza atmaqla daha güclü təsir bağışlayırdı. Amma Ağdam klubu da səfərə məğlub olmaq üçün getməmişdi. Onlar bunu ilk dəqiqələrdən hücum futboluna üstünlük vermələri ilə də isbatladılar. Düzdü, qarşılaşmada hesabı məhz Ramiz Məmmədovun yetirmələri açdılar. Lakin görüşün sonlarına doğru qonaqlar məğlubiyyətdən qaçmağı bacardılar. Beləcə, tərəflər bəlkə də hər iki komanda üçün sərfəli olan heç-heçəyə razılaşdılar.
 
Nəhayət, hesabat turunun qapınış, həm də mərkəzi görüşündə “Xəzər Lənkəran” “İnter”i qəbul etdi. Qeyd edək ki, “Xəzər Lənkəran” ilk altılığın sonuncu pilləsində qərarlaşdığından bu təhlükəli zonadan bir qədər uzaqlaşmaq istəyirdi. Lakin onların rəqibi sıradan bir komanda yox, çempionatın lideri idi. Kifayət qədər gərgin keçən və beş qolun vurulduğu oyunda azarkeşlər çox maraqlı futbolun şahidi oldular. Çoxları bu görüşdə meydan sahiblərini şanslı saysalar da, qələbəni paytaxt klubu bayram etdi. “Ağ-yaşıllar” qışda bir sıra yeni futbolçularla güclənsələr də, bu, “İnter”lə oyunda uğursuzluqdan qaçmağa kömək etmədi.

Topaz Premyer Liqası
19-cu tur
 
RƏVAN – TURAN - 2:0 (1:0)
Qollar: M.Adamoviç, 36 (1:0), M.Kalonas, 71 (2:0)
Sarı vərəqələr: Nodar Məmmədov, 38 (rəqibi tutduğuna görə); Nikolay Orlovski, 54 (rəqibi tutduğuna görə); Miloş Zeçeviç, 63 (kobud oyun); Nuran Qurbanov, 83 (kobud oyun); Şəhriyar Rəhimov, 86 (kobud oyun).
Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Ramiz Əsədov, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Kərim Ağayev.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
9 fevral 2013. Bakı. “Bayıl Arena”. 250 tamaşaçı.
Rəvan: 1. Lukaş Sapela, 3. Miloş Zeçeviç (k), 4. Nodar Məmmədov (19. Hüseyn Axundov, 83), 5. Nikolay Orlovski, 8. Tural Axundov, 14. Xuan Manuel Varea, 15. Tural Cəlilov (10. Mindauqas Kalonas, 70), 17. Ramazan Abbasov, 18. Samuel Barlay (13. Şəhriyar Rəhimov, 60), 20. Miloş Adamoviç, 27. Nuran Qurbanov.
Ehtiyat oyunçular: 99. Murad Qənbərov, 9. Vüsal Qarayev, 22. Tofiq Mikayılov, 25. Ayaz Mehdiyev.
Baş məşqçi: Ramil Əliyev.
Turan: 1. Kamal Bayramov (k), 6. Mikayıl Rəhimov, 3. Anatoli Stukalov, 2. Dmitri Pospelov, 7. Azər Məmmədov, 21. Elşad Manafov, 10. Ender Günlü, 19. Asəf Qədiri (17. Fərmayıl Əliyev, 65), 23. İrakli Beraya (20. David Janelidze, 46), 9. Murad Ağakişiyev, 11. Salif Ballo.
Ehtiyat oyunçular: 28. Andrey Popoviç, 14. Yaroslav Suxanov, 15. Sənan Qocayev, 22. Rəşad Hacızadə, 4. Vüqar Bəybalayev.
Baş məşqçi: Əfqan Talıbov.
 
AZAL – SİMURQ - 1:1 (0:1)
Qollar: Z.Popoviç, 2 (0:1), F.Nildo, 55 (1:1)
Sarı vərəqələr: Usim Nduka, 71 (perspektivli hücumun qarşısını kəsdiyinə görə) - Aleksandr Şemonayev, 10 (perspektivli hücumun qarşısını kəsdiyinə görə); Zdravko Popoviç, 53 (simulyasiya); Dmitri Kramarenko, 90+1 (bilərəkdən vaxtı uzatdığına görə).
Qırmızı vərəqə: Rasim Ramaldanov, 62 (rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə).
Hakimlər: Anar Salmanov, Namiq Hüseynov, Mübariz Haşımov, Ramiz Məhərrəmov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Xaqani Məmmədov.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 4 dəq.
9 fevral 2013. Bakı. “AZAL Arena”. 300 tamaşaçı.
AZAL: 27. Ruslan Məcidov, 2. Xuan Fransisko, 3. Usim Nduka (k), 4. Xose Junior Aylton, 20. Branislav Arseniyeviç, 6. Tagim Novruzov, 17. Viktor İbekoyi (9. Elşən Məmmədov, 82), 19. Orxan Səfiyaroğlu (37. Andrius Veliçka, 87), 22. Ruslan Tağızadə (7. Cavid Tağıyev, 67), 11. Zohair Benuahi, 16. Junior Nildo.
Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 15. Oskar Klava, 77. Saşa Yunisoğlu, 99. Orxan Həsənov.
Baş məşqçi: Vaqif Sadıqov.
Simurq: 1. Dmitri Kramarenko, 2. İlkin Qırtımov, 3. Rasim Ramaldanov (k), 6. Anderson Oliveyra, 7. Ruslan Poladov, 8. Qərib İbrahimov, 10. Zdravko Popoviç (4. Dilaver Zrnanoviç, 66), 13. Aleksandr Şemonayev, 15. Stepan Polyak (12. Tomislav Buşiç, 85), 21. Murad Səttarlı (19. Nicat Qurbanov, 79), 25. Mario Bojiç.
Ehtiyat oyunçular: 99. Əyyub Əliyev, 9. Marçin Burhard, 20. Rəşad Eyubov, 27. Bəxtiyar Soltanov.
Baş məşqçi: Georgi Çixradze.
 
KƏPƏZ – NEFTÇİ - 0:3 (0:1)
Qollar: Flavinyo, 26 (0:1), N.Kanales, 68 (0:2), A.Abdullayev, 73 (0:3).
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Məlik Həsənov.
Artırılan vaxt: I hissədə - 2 ; II hissədə - 3 dəq.
9 fevral 2013. Bakı. “Dalğa Arena”. 400 tamaşaçı.
Sarı vərəqələr: Məhərrəm Müslümzadə, 8 (qeyri-idman hərəkəti), Nikolay Svejentsev, 35 (qeyri-idman hərəkəti) - Emin Mehdiyev, 55 (qeyri-idman hərəkəti).
Kəpəz: 16. Xəyal Zeynalov (k), 2. Cəmşid Məhərrəmov, 3. Samir Hüseynli (8. Elvin Həsənəliyev, 78), 4. Məhərrəm Müslümzadə (14. Elxan Əzizov, 85), 6. Məhərrəm Hüseynov, 15. Şahin Kərimov, 17. Pirkuli Saparov, 18. Nikolay Svejentsev, 19. Rahimberdı Baltiyev, 29. Georgi Sepiaşvili (25. Elgiz Kərəmli, 78), 30. Vladislav Serebryakov.
Ehtiyat oyunçular: 1. Ramil Kərimov, 5. Mətləb Məmmədov, 10. Zaur Əsədov, 23. Ravil Müslümov.
Baş məşqçi: Mahmud Qurbanov.
Neftçi: 30. Saşa Stamenkoviç, 4. Tərlan Quliyev, 5. İqor Mitreski, 6. Rəşad Sadiqov (k), 9. Flavinyo (25. Cavid İmamverdiyev, 76), 10. Julius Vobay, 11. Nikolas Kanales (14. Bahodir Nasimov, 80), 15. Erik Ramos, 16. Bruno Bertuççi (32. Elvin Yunuszadə, 56), 17. Araz Abdullayev, 28. Emin Mehdiyev.
Ehtiyat oyunçular: 1. Conni Leoni, 2. Xose Luis Kabion, 3. Denis Silva Kruz, 19. Mirhüseyn Seyidov.
Baş məşqçi: Böyükağa Hacıyev.
 
BAKI – SUMQAYIT - 1:1 (1:1)
Qollar: O.Əliyev, 12 (0:1), M.Pena, 29 (1:1).
Sarı vərəqələr: Aqil Nəbiyev, 58 (qeyri-idman hərəkəti); 59 (qeyri-idman hərəkəti); Şəhriyar Əliyev, 81 (qeyri-idman hərəkəti) - Murad Doymuş, 56 (qeyri-idman hərəkəti); Pərdis Fərcad Azad, 84 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Aqil Nəbiyev, 59 (qeyri-idman hərəkəti).
Hakimlər: Elçin Məmmədov, Nahid Əliyev, Cavanşir Yusifov, Ömər Paşayev.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
10 fevral 2013. “Bakı”nın təlim-məşq bazasının stadionu. 1500 tamaşaçı.
Bakı: 82. Edin Nuredinoski, 2. Edemir Rodriqes, 25. Şəhriyar Əliyev, 27. George Popxadze, 5. Aqil Nəbiyev, 10. Lukas Mario Horvat (6. İbrahim Karqbo, 63), 8. Junior Vilson, 11. Elvin Məmmədov (k), (99. Rəhman Hacıyev, 85), 17. Mario Rubio (7. Deyvidas Çesnauski, 67), 24. Marius Pena, 23. Rauf Əliyev.
Ehtiyat oyunçular: 16. Aqil Məmmədov, 19. Nurlan Novruzov, 14. Elvin Əliyev, 28. Ferdi Elmas.
Baş məşqçi: Bojidar Bandoviç.
Sumqayıt: 1. Səlahət Ağayev, 2. Slavik Alxasov, 4. Samir Abasov (k), 5. Murad Doymuş, 6. Taner Taktak, 9. Orxan Əliyev (76. Can Akgün, 64), 11. Sabir Allahquliyev (17. Emin Cəfərquliyev, 90+1), 13. Murad Ağayev (7. Pərdis Fərcad Azad, 70), 21. Məhəmməd Mirzəbəyov, 77. Mirzağa Hüseynpur, 91. Ruslan Qurbanov.
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 3. Aftandil Hacıyev, 8. Aqşin Muxtaroğlu, 22. Xəyal Mustafayev.
Baş məşqçi: Bernard Raab.
 
QƏBƏLƏ – QARABAĞ - 1:1 (1:0)
Qollar: L.Zinko, 41 (1:0), R.Almeyda, 55-pen (1:1).
Sarı vərəqələr: Luka Zinko, 29 (qeyri-idman hərəkəti); Vurğun Hüseynov, 54 (qeyri-idman hərəkəti); Viktor Mendi, 73 (qeyri-idman hərəkəti) - Ansi Aqolli, 57 (qeyri-idman hərəkəti)
Hakimlər: Vüsal Əliyev, İlham Əliyev, Azər Əsgərov, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Nüvər Xasıyev.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
10 fevral 2013. Qəbələ. Şəhər stadionu. 1200 tamaşaçı.
Qəbələ: 30. Anar Nəzirov, 3. Vurğun Hüseynov, 4. Amit Quluzadə, 5. Luka Zinko, 8. Kristian Pulhak, 9. Viktor Mendi, 10. Dodo, 14. Mustafa Dabo (11. Yannik Kamanan, 59), 16. İfeanyi Emeqara (6. Nikola Valentiç, 77), 27. Rəşad Abdullayev (k) (90. Ceyhun Sultanov, 80), 84. Deyan Kelhar.
Ehtiyat oyunçular: 25. Dieqo Kosta Silva, 18. Aleksandr Çertoqanov, 22. Lourival Rodriqes, 34. Ürfan Abbasov.
Baş məşqçi: Ramiz Məmmədov.
Qarabağ: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. Namiq Yusifov, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda (55. Bədavi Hüseynov, 90+2), 22. Əfran İsmayılov (17. Vüqar Nadirov, 69), 24. Admir Teli, 25. Ansi Aqolli, 70. Vaqif Cavadov (11. Branimir Subaşiç, 78).
Ehtiyat oyunçular: 89. Miro Varvodiç, 15. Toğrul Bilallı, 18. İlqar Qurbanov, 6. Hacı Əhmədov.
Baş məşqçi: Qurban Qurbanov.
 
XƏZƏR LƏNKƏRAN – İNTER - 2:3 (0:2)
Qollar: A.Məmmədov, 5 (0:1), B.Sxadadze, 30 (0:2), U.Pamuk, 52 (1:2), S.Zərgərov, 82 (1:3), A.Ramazanov, 83 (2:3)
Sarı vərəqələr:  Roberto Alviz, 25 (qeyri-idman hərəkəti); Elnur Abdullayev, 53 (hakimin qərarına etiraz); Vanderson Skarduelli, 90+1 (hakimin qərarına etiraz) - İlia Kandelaki, 25 (qeyri-idman hərəkəti); Brüs Abdulaye, 76 (qeyri-idman hərəkəti); Slavço Georgiyevski, 85 (oyunun bərpasını gecikdirdiyi üçün); Vladimir Levin, 86 (qeyri-idman hərəkəti).
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Zeynal Zeynalov, Ramil Diniyev.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
11 fevral 2013. Lənkəran şəhər stadionu. 11000 tamaşaçı.
Xəzər Lənkəran: 30. Antonio Doblas, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 5. Elnur Allahverdiyev (9. Uğur Pamuk, 46), 6. Roberto Alviz (99. Marin Orsuliç, 46), 10. Elnur Abdullayev, 11. Dmitrios Sialmas, 14. Rahid Əmirquliyev (k), 16. Adrian Pit, 27. Manuel Skarlatake, 97. Elnur Cəfərov (55. Ağabala Ramazanov, 61).
Ehtiyat oyunçular: 25. Orxan Sadıqlı, 8. Eder Bonfim, 17. Kazım Kazımlı, 24. Gökhan Güleç.
Baş məşqçi: Karles Bakes.
İnter: 1. Georgi Lomaya, 5. Slavço Georgiyevski, 7. Ruslan Əmircanov, 11. Asif Məmmədov (6. Samir Zərgərov, 65), 15. Vladimir Levin (k), 18. İlia Kandelaki, 20. Brüs Abdulaye, 24. Fuad Bayramov, 25. İbrahima Niasse (4. Valeri Abramidze, 58), 28. Baçana Sxadadze, 30. Yuri Fomenko (8. Nizami Hacıyev, 90+2).
Ehtiyat oyunçular: 74. Revaz Tevdoradze, 9. Daniel Genov, 47. Abdulla Abatsiyev, 87. Cəmil Hacıyev.
Baş məşqçi: Kaxaber Sxadadze.
 
1 İnter 19 10 7 2 22 9 +13 37
2 Simurq 19 9 7 3 24 12 +12 34
3 Qarabağ 19 8 8 3 24 17 +7 32
4 Neftçi 18 10 2 6 38 21 +17 32
5 Qəbələ 19 8 5 6 22 19 +3 29
6 XL 19 6 6 7 26 21 +56 24
7 AZAL 18 5 8 5 22 20 +2 23
8 Sumqayıt 19 5 6 8 18 33 –15 21
9 Bakı 18 3 11 4 16 14 +2 20
10 Turan 18 5 5 8 19 24 –5 20
11 Rəvan 19 5 4 10 18 31 –13 19
12 Kəpəz 19 2 3 14 11 39 –28 9
 
Bombardirlər:
16 - Nikolas Kanales (Neftçi)
10 - Franko Nildo (AZAL)
7 - Riçard Almeyda (Qarabağ), Salif Ballo (Turan), Zohair Benouahi (AZAL)
6 - Xuan Manuel Varea (Rəvan), Baçana Sxadadze (İnter).

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.