12 fevral 2013 00:33
Vladislav Qədirovu yalnız Neftçi sevindirdi
“Rəvan”ın sabiq baş məşqçisi Vladislav Qədirovun Topaz Premyer Liqasının 19-cu turunun oyunları ilə bağlı proqnozlarından yalnız biri düz çıxıb. Azerisport.az xəbər verir ki, o, altı qarşılaşmadan beşinin nəticəsini öncədən müəyyənləşdirməkdə çətinlik çəkib.
Qədirovun sadəcə “Kəpəz” – “Neftçi” görüşü ilə bağlı proqnozu özünü doğruldub. Belə ki, o, bu oyunda “Neftçi”nin qələbə qazanacağını bildirmişdi.
Qalan bütün qarşılaşmalarda isə Qədirovun proqnozları alt-üst olub.
