11 fevral 2013 11:10
“Azərbaycana ikinci altılıqda oynamaq üçün gəlməmişəm”
“Bakı”nın yüni hücumçusu Marius Pena Topaz Premyer Liqasının 19-cu turunun “Sumqayıt”la oyunundan sonra azerisport.az saytının suallarını cavablandırıb.
- İlk oyununuz haqda nə deyə bilərsiz?
- Çətin oyun alındı. Bizim üçün bu oyunda 3 xal qazanmaq çox vacib idi. Amma təəssüf ki, düşündüklərimizi tam həyata keçirə bilmədik. Qarşıda daha 3-4 oyunumuz var. İlk altılığa düşmək şanslarımız qalır. Bu yolda sonadək mübarizə aparacağıq.

- Qələbə qazanmağınız üçün nə çatışmırdı?
- Daha bir qol vurmaq.
- Daha bir qol vurmaq.
- Onu ikinci hissədə siz vura bilərdiniz...
- Bəli. Mən hələ o epizoda görə çox təəssüflənəcəm. Dərhal qərar qəbul etmək lazım idi.
- Belə epizodlar hər matçda olmur. Demək olar ki, siz hələ tam formada deyilsiz?
- Bəli, əlbəttə. Mən komandanın toplanışında iştirak etməmişəm. Mənə yaxşı forma yığmaq üçün vaxt lazımdı. Oyundan-oyuna daha yaxşı çıxış edəcəm.
- Bəli, əlbəttə. Mən komandanın toplanışında iştirak etməmişəm. Mənə yaxşı forma yığmaq üçün vaxt lazımdı. Oyundan-oyuna daha yaxşı çıxış edəcəm.
- Bu, sizin “Bakı”dakı debüt matçınız idi. Həyəcan var idi?
- Bir qədər həyəcan vardı. Amma şadam ki, komandaya tez uyğunlaşa bildim və elə ilk oyundaca qol vurdum. Debütümü korlayan bircə şey varsa, o da qələbə qazana bilməməyimizdi.
- Azərbaycan çempionatının səviyyəsi barədə nə deyə bilərsiz?
- Mənim burda çıxış edən futbolçular haqda kifayət qədər məlumatım var idi. Komandaların səviyyəsi kifayət qədər yüksəkdi.
- Mənim burda çıxış edən futbolçular haqda kifayət qədər məlumatım var idi. Komandaların səviyyəsi kifayət qədər yüksəkdi.
- Komandanız ilk altılıqdan kənar qalmaq üzrədi. Bu, sizi məyus etmir?
- Mən ikinci altılıqda oynamaq istəmirəm. Bura ikinci altılıqda oynamaq üçün gəlməmişəm. Ona görə də qarşıdakı oyunlarımızı qələbə ilə başa vurmalıyıq.
- Mən ikinci altılıqda oynamaq istəmirəm. Bura ikinci altılıqda oynamaq üçün gəlməmişəm. Ona görə də qarşıdakı oyunlarımızı qələbə ilə başa vurmalıyıq.