12 fevral 2013 00:20

10 oyunluq seriyanın sonu, ilk nigeriyalı və 148-ci futbolçu!

Topaz Premyer Liqasının XIX turunda “Qəbələ” 2013-cü ildə ilk rəsmi matçını keçirdi. Azerisport.az xəbər verir ki, öz meydanında “Qarabağ”la bərabərə qalan komandanın heç-heçəsiz oyunlar seriyası qırıldı.
 
Belə ki, “Qəbələ” 1:1 hesabı ilə başa çatan görüşədək ümumilikdə 10, Premyer Liqada isə 9 oyun idi heç-heçə etmirdi. Sonuncu bərabərlik 112 gün öncə “Xəzər Lənkəran”la səfər matçında qeydə alınmışdı. Ötən il oktyabrın 21-dəki matç da indiki kimi 1:1 hesabı ilə başa çatmışdı.
 
- Son ev heç-heçəsi isə ötən il sentyabrın 29-da AZAL-la oyuna təsadüf etmişdi – 0:0. Həmin matçdan sonra “Qəbələ” öz meydanında 5-i çempionatda olmaqla 6 qarşılaşmaya çıxmışdı.
 
- Bu dəfəki heç-heçə Ramiz Məmmədovun rəhbərliyi altında 30-cu bərabərlik oldu. Bunların 26-sı çempionat, 4-ü kubokda qeydə alınıb.
 
- “Qarabağ”la matçda buraxılan qol isə yubiley xarakteri daşıyıb. Komanda tarixində 250-ci dəfə qol üzüntüsü yaşayıb. Bunların 14-ü I dəstə, 27-si Azərbaycan kuboku, 209-u isə çempionata təsadüf edib.
 
- XIX tur 7 futbolçunun ilk dəfə “Qəbələ” formasında meydana çıxması ilə əlamətdar oldu. Sloveniyalı Luka Jinko, seneqallı Mustafa Dabo, nigeriyalı İfeanyi Emeqara, serbiyalı Nikola Valentiç, rumıniyalı Kristian Pulhak və yerli oyunçular Ceyhun Sultanovla Amit Quluzadə yeni komandalarında debüt etdi.
 
- Bununla da “Qəbələ”nin tarixində şərəfini qoruyan oyunçuların ümumi sayı 148-ə çatdı. Belə ki, bu görüşədək 141 futbolçu klubun formasında rəsmi matlara çıxmışdı.
 
- Bu 148 oyunçudan 133-ü Premyer Liqada meydana çıxıb. 15-i isə I dəstə və ya kubokda oynasa da, güclülər dəstəsində oynamaq onlara nəsib olmayıb.
 
- Amit və Ceyhun komandanın 8 illik tarixində yerli futbolçuların sayını 81-ə çatdırıb. 5 legionerin debütü ilə isə əcnəbilərin ümumi sayı 67-yə çatıb. Bu 67 legionerdən 6-sı milliləşən olsa da, onlar əslən aid olduqları ölkə təmsilçisi kimi nəzərə alınıb.
 
- Valentiç komandada 6-cı serbiyalı oldu. Ona qədər Lyubo Baranin, Milan Antiç, Veseljko Trivunoviç, Milan Mainkoviç və Branimir Subaşiç də “Qəbələ”də oynamışdı.
 
- Kristian Pulhaka qədər komandada 2 rumıniyalı – Razvan Tarlea və Marius Humenike çıxış etmişdi.
 
- Jinko isə Deyan Kelhardan sonra 2-ci sloveniyalı kimi klub tarixinə düşdü.
 
- Mustafa Dabo da ölkəsinin 2-ci nümayəndəsidir. Onun həmyerlisi – digər seneqallı Viktor Mendi də indi də “Qəbələ”də top qovur.
 
- Emeqara isə klub tarixində ilk Nigeriya təmsilçisidir. Bu Afrika ölkəsi klubda futbolçu ilə təmsil olunan 28-ci ölkə oldu.
 
- 67 legioner 28 ölkəni təmsil edir: Gürcüstan – 9, Braziliya - 8, Rusiya, Serbiya – hərəsi 6, Ukrayna – 5, Moldova, Rumıniya – hərəyə 3, Hollandiya, Bolqarıstan, Qvineya, Türkiyə, Seneqal, Sloveniya – hərəsi 2, Argentina, Bosniya və Herseqovina, İngiltərə, İran, Konqo, Latviya, Polşa, Portuqaliya, Fil Dişi Sahili, Sierra Leone, Türkmənistan, Yamayka, Şotlandiya, Fransa və Nigeriya – hərəsi 1.
 
- Qol hesabını debüt matçında açan Luka klub tarixində qol vuran 75-ci futbolçu oldu. Daha 6 qol isə rəqib oyunçularının avtoqolu sayəsində mümkün olub.
 
- Bu 75 qol müəllifindən 37-si yerli, 38-i əcnəbidir. Jinko 38-ci legioner olmaqla buradakı tarazlığı pozdu.
 
- Luka Premyer Liqada “Qəbələ” formasında qol vuran 55-ci oyunçu oldu. Çempionatdakı qollardan 2-si isə əcnəbilər hesabına mümkün olub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.