11 fevral 2013 11:58

“Qarşımıza konkret məqsəd qoyulub: ilk yeri tutmaq”

“İnter”in əvəzedici heyətinin baş məşqçisi Tofiq Mustafayev komandanın təlim-məşq toplanışı barədə danışıb, görülən işlər haqqında məlumat verib və digər sualları cavablandırıb. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.

- Komanda artıq təlim-məşq toplanışını başa vurub. Bilmək istərdik, toplanış əvəzedici heyət üçün necə alındı?
- İlk növbədə klub rəhbərliyinə yaradılan şərait üçün minnətdarlığımı bildirmək istəyirəm. Biz zəruri şəraitlə təmin olunmuşduq. İxtiyarımızda baza, trenajor zalı, qidalanma və digər şərait vardı. Klubun prezidenti Georgi Nikolov komandamıza böyük diqqət ayırır. O, bizimlə tez-tez maraqlanır və hər işdə kömək edir. Klubun vitse-prezidenti Müzəffər Novruzəliyevə də təşəkkürümü bildirmək istəyirəm. O, da bizə çox kömək edir. Mən artıq demişdim ki, biz yeni komanda yaradırıq. Mən toplanışın yekunlarından çox razıyam. Fiziki-funksional hazırlıq planında hiss ediləcək dərəcədə artırmışıq, topla və xətlər arasında əlaqələr üzrə işlər planındasa bizim müəyyən problemlərimiz var. Son həftə biz taktika üzərində çalışdıq, futbolçulara oynumuzun ümumi şəklini başa saldıq. Necə hücum etməyi ətraflı izah edirik, necə təzyiq göstərməyi və topsuz davranmağı başa salırıq.
 
- Bununla yanaşı, bir çox futbolçu toplanışı komandayla birlikdə keçirmədi. Kimsə əsas komandayla toplanışa yollandı, kimsə müxtəlif yaş kateqoriyaları üzrə milli komandalara çağırıldı, bir başqasısa “İnter”in U-17 komandasının toplanış keçirdiyi Türkiyəyə yollandı.
- Bu, kollektivin yaradılması planında mənfi haldır, lakin “İnter”in əvəzedici heyətinin futbolçularının əsas komandayla birlikdə toplanışda iştirak etməsi planında müsbət haldır. Bundan başqa, bizi çox sevindirir ki, oyunçularımız Azərbaycan milli komandalarına dəvət alırlar. Bu oyunçular bizim oyun tərzimizi bilirlər və buna görə də onların toplanışda yoxluğu komanda üçün böyük problem olmayacaq.
 
- Siz “İnter”in ehtiyat komandasına artıq iki mövsümdür rəhbərlik edirsiniz və bu müddət ərzində gənc futbolçuların əsas komandaya cəlb olumaları intensiv xarakter almağa başlayır.
- Bizim əsas komandayla yaxın əlaqəmiz məni çox sevindirir. Xoşdur ki, əsas komandanın məşqçi heyəti bizim futbolçuları diqqətlə izləyir. Biz məşq prosesimizi əsas komandanın hazırlıq prosesinə yaxınlaşdırmağa maksimum dərəcədə çalışırıq. Əlbəttə, biz əsas komandadan sürətli düşünmə və digər komponentlərə görə geri qalırıq. Ancaq çalışırıq ki, oyun tərzi və məşq prosesi əsas komandanın məşq tərzinə uyğun gəlsin.
 
- Sizin komandanız mövsümün ilk hissəsini turnir cədvəlində 3-cü yerdə başa vurdu. Maraqlıdır, çempionatın ikinci hissəsində “İnter”in ehtiyat komandasının qarşısında hansı məqsədlər dayanır?
- İstənilən insan qarşısına hansısa məqsədlər qoyur. Bizim qarşımıza konkret məqsəd qoyulub: ilk yeri tutmaq. Bəli, hazırda biz turnir cədvəlində 3-cü yeri tuturuq, ancaq kiminlə oyunda xal itirdiyimizə baxın, məhz qrupda lider olmayan komandalarla matçlarda xal itirmişik. Motivasiya planında uşaqlarda müəyyən problemlər vardı, lakin burada bizim də günahımız vardı, axı biz bu səhvi aradan qaldıra bilmədik. Buna baxmayaraq mən düşünürəm ki, “İnter” daha yüksək yerlərə layiqdir.
 
- Qışda komandada seleksiya işləri aparıldı. Sizin komandanız Uşaq-Gənclər Futbol Məktəbinin yetirmələrini və digər klubların oyunçularını baxışdan keçirdi. Komandanızın sərəncamında qalacaq futbolçuların adlarını açıqlaya bilərsiniz?
- Ötən müddət ərzində təqribən 30 futbolçunu baxışdan keçirdik. Qeyd edim ki, bu və ya digər futbolçunu baxışdan keçirmədən öncə onu nəzəri cəhətdən təhlil edirdik. Yəni futbolçunun ampluasını öyrənirdik, bundan sonra ondan bu və ya digər vəziyyətlərdə nə edəcəyini soruşurduq. Belə baxışlar həddən artıq çox oldu. Biz yalnız digər klubun bir futbolçusuyla gücləndik - bu, Qaraxan Əliyevdi. “Tərəqqi” bizi anladı və onun keçidinə mane olmadı. “İnter”in UGFM-nin yetirmələrindən komandada qapıçı Emil Kazımov, həmçinin Bilal Qəmbərov və Sərdar Taşkın qalacaqlar. Bu 3 futbolçuyla müqavilə imzalanacaq, bundan başqa, “Turan”dan icarədən yoxlama oyununda fərqlənməyə macal tapmış hücumçu İlkin Sadıxov da qayıtdı. Bununla yanaşı, biz məktəbimizin digər oyunçularını da izləməkdə davam edəcəyik.
 
- Bu mövsüm “İnter”in əvəzedici komandasının heyəti hissediləcək dərəcədə cavanlaşmaya məruz qaldı. Komandada 1993 və 1994-cü il təvəllüdlü futbolçular demək olar qalmadı.
- Bizim əsas məqsədimiz əsas heyət üçün oyunçular hazırlamaqdan ibarətdi. Komandada 1993 və 1994-cü il təvəllüdlü futbolçular vardı, lakin biz onlarla vidalaşdıq. Biz həmin futbolçulara komandamızda çıxış etdiklərinə görə minnətdarlığımızı bildirdik, onlara karyeralarında uğurlar dilədik və yeni komanda tapmalarında köməyimizi təklif etdik. Bizə heyəti cavanlaşdırmaq lazımdı və bu qərarı “İnter”in baş məşqçisi Kaxaber Tsxadadzeylə birlikdə qəbul etdik. O, cavanlaşmaya razılığını verdi və biz bu prosesi “İnter”in UGFM-nin yetirmələrini cəlb etmək hesabına başa çatdırdıq. Bu oyunçulara hələ çox işləmək lazımdır, ancaq onların inkişaf etdiriləsi potensialları var. (klub saytı)

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.