11 fevral 2013 13:12
İnter Lənkərandan məğlub dönəcək
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Sizcə, Topaz Premyer Liqasının 19-cu turunun “Xəzər Lənkəran” – “İnter” matçı necə başa çatacaq” sualı ilə müraciət etdiyimiz oxucuların yekun rəyini təqdim edirik.
Beləliklə, sorğuya qatılanların böyük əksəriyyəti “Xəzər Lənkəran”ın qalib gələcəyinə şübhə etmir. Bu varianta 366 səs (73 faiz) verilib.
Hesabat turunun mərkəzi qarşılaşmasının heç-heçə bitəcəyinə 75 səs (15 faiz) verilib. Yalnız yerdə qalan 11 faiz (57 səs) “İnter”in qalib gəlmək şanslarını yüksək qiymətləndirir.
