11 fevral 2013 13:34
Böyükağa Hacıyev: Sadiqovun mövqeyini dəyişməyə hazırlaşmıram
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev bəyan edib ki, komandanın yarımmüdafiəçisi Rəşad Sadiqovun mövqeyini dəyişməyə hazırlaşmır. Azerisport.az saytına müsahibəsində o, yetirməsinin yığmada Berti Foqts tərəfindən müdafiə xəttində oynadılmasına münasibət bildirərkən, bunları söyləyib:
“Sadiqov “Neftçi”də mərkəz yarımmüdafiəçisi kimi çıxış edir. Yığmada Berti Foqts onu mərkəz müdafiəçisi kimi istifadə etdi. Fikrimcə, bu, heç də pis alınmadı. Amma şəxsən mən onun mövqeyini dəyişmək haqda düşünmürəm”.