11 fevral 2013 14:08

“Qarabağ çempionluğa layiq oyun sərgiləmir”

“Qarabağ”ın yarımmüdafiəçisi Muarem Muarem Topaz Premyer Liqasının 19-cu turunun “Qəbələ” ilə oyunundan (1:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.
 
- Qəbələdəki oyun haqda nə deyə bilərsiz?
- Biz bu oyuna yaxşı hazırlaşmışdıq. “Qəbələ”nin bəzi oyunlarını izləmişdik. Hətta mən onların Türkiyədəki “Steaua” ilə görüşünü də izləmişdim. Rəqibimiz hazırda çox yaxşı formadadı. Amma buna baxmayaraq, onlara qarşı yaxşı matç keçirdik. Heç nədən qol buraxdıq. Çoxlu qol şanslarımız olsa da, dəyərləndirə bilmədik. Lakin penaltidən də olsa, hesabı bərabərləşdirə bildik.
 
- Sizcə, “Qarabağ” bu oyunda qələbəyə layiq idi?
- Bəli. Amma futbolda heç də həmişə yaxşı oyun sərgiləyən qazanmır. Heç-heçə də belə bir rəqiblə görüş üçün pis nəticə deyil.
 
- Sizə elə gəlmir ki, qarşısına çempionluq hədəfi qoyan komanda bu qədər xal itirməməlidi?
- Premyer Liqada qızıl medallara iddialıların sayının çox olduğunu nəzərə alsaq, bu, o qədər də pis hesab olunmamalıdı. Təbii ki, qələbə seriyasına başlamağımız daha yaxşı olardı. Amma Qəbələdə oynamaq həmişə çətin olub. Özü də rəqibimiz çox güclü legionerlər alıb. Bundan sonra “Qəbələ”yə qarşı oynamaq istənilən komanda üçün daha da çətin olacaq. Biz çoxlu xal itkilərinə rəğmən, hələ də üst pillələrdə qalmaqdayıq. Əgər çempion olmaq istəyiriksə, hər oyuna final matçı kimi yanaşmalıyıq.
 
- Cavab qolundan sonra sanki oyununuzda bir durğunluq yarandı. “Qarabağ” heç-heçəyə də razı idi?
- Ondan sonra daha iki qol epizodumuz oldu. Sadəcə, ola bilsin ki, komanda ehtiyatlı oynamağa başladı. Amma “Qarabağ” həmişə hücum futbolu sərgiləyib.
 
- Siz bu oyunla çempion olmaq istəyirsiz?
- Düzdü, “Qarabağ” hələ çempionluğa layiq oyun sərgiləmir. Amma unutmayın ki, bu, bizim qış fasiləsindən sonrakı ilk oyunumuz idi. Mövsümün sonuna kimi belə oynayası deyilik. Hələ bacardığımız futbolu göstərə bilməmişik. Növbəti turlarda daha yaxşı futbol sərgiləyəcəyik.
 
- Öz oyununuz haqda nə deyə bilərsiz?
- Fikrimcə, “Qəbələ”yə qarşı heç də pis oyun sərgiləmədim. Yaxşı hazırlaşmışam, özümü hazır hesab edirəm. Amma komandama daha çox fayda vermək istəyirəm.
 
- Üç turdan sonra altılıq oyunları başlayır. “Qarabağ” final mərhələsinə neçənci pillədə yollanmaq istəyir?
- Birinci pilləyə qalxmaq istəyirik. Amma minimum vəzifəmiz liderlərlə bərabər səviyyədə qalmaqdı. İstənilən halda əsas mübarizə altılıqda gedəcək. “İnter”lə oyunumuzdan çox şey asılı olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.