11 fevral 2013 14:33
Moskvada da Qarabağ adlı klub yaradıldı
Rusiyanın paytaxtı Moskvada “Qarabağ” adlı futzal klubu yaradılıb. Azerisport.az xəbər verir ki, komandaya Moskvada yaşayan həmyerlilərimiz cəlb olunublar.
Komanda çıxışına Moskvada təşkil olunan həvəskarlar arasındakı çempionatla başlayıb. Artıq “Qarabağ” dörd oyun keçirib və onların hamısından qalib ayrılıb: “Selta” (6:2), “Şokolad” (8:3), “Spartak” (İzmaylovo) (6:2) və “Futbol Məktəib” (7:4).
Hazırda “Qarabağ” “MFK Qolden”lə birgə bir-ikinci yerləri bölüşür.
