14 fevral 2013 01:35
Erkən final sülhlə başa çatdı (YENİLƏNİB)
Futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
“Valencia” öz meydanında PSG-ni, “Celtic” isə “Juventus”u qəbul edib. Fransa və İtaliya klubları çətin səfərlərdən qələbə ilə qayıtmağı bacarıblar. Bu, sözügedən klubların növbəti mərhələyə vəsiqəni böyük ölçüdə təmin etməsinə şərait yaradıb.
Bu mərhələnin digər iki qarşılaşması bu gün baş tutub. "Real" "Manchester United", "Şaxtyor" isə Dortmund "Borussia"sı ilə üz-üzə gəlib. Hər iki qarşılaşma heç-heçə başa çatıb.
Qalan dörd oyun (Porto, Portuqaliya – Malaga, İspaniya; Arsenal, İngiltərə – Bayern, Almaniya; Milan, İtaliya – Barcelona, İspaniya; Galatasaray, Türkiyə – Schalke, Almaniya) isə fevralın 19-20-də keçiriləcək.
Çempionlar Liqası
1/8 final (ilk oyunlar)
12 fevral
Celtic (Şotlandiya) – Juventus (İtaliya) - 0:3 (0:1)
Qollar: Matri, 3, Markizio, 77, Vuçiniç, 83.
Valencia (İspaniya) – PSG (Fransa) - 1:2 (0:2)
Qollar: Rami, 90 - Lavetsi, 10, Pastore, 43.
13 fevral
Real (İspaniya) - Manchester United (İngiltərə) - 1:1 (1:1)
Qollar: Ronaldo, 30 - Uelbek, 20.
Şaxtyor (Ukrayna) - Borussia (Dortmund, Almaniya) - 2:2 (1:1)
Qollar: Srna, 31, Duqlas, 68 - Levandovski, 41, Hummels, 87.
