11 fevral 2013 14:59
İnterdən daha bir yenilik
“İnter” Peşəkar İdman Klubu daha bir yeniliyə imza atıb. Azerisport.az xəbər verir ki, “bankirlər” bu gündən etibarən yeni layihəsini - radio “İnter” layihəsini təqdim edir.
Azarkeşlərini artıq “İnterTV” layihəsi ilə sevindirmiş “İnter” ümid edir ki, radio azarkeşlərinin zövqlərinə uyğun gələcək. Klub yeni radio vasitəsilə klub xəbərlərini azarkeşlərin diqqətinə çatdırmağı planlaşdırır, auditoriyanı maraqlı qonaqlarla və müxtəlif mövzulara həsr olunmuş proqramlarla da sevindirməyi düşünür.
Radioya qoşulmaq üçün www.inter.az saytına daxil olmaq kifayətdi.
