11 fevral 2013 15:08
Arif İsayev sıraya dönür
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Arif İsayev zədəsini sağaltmaq üzrədi. Azerisport.az xəbər verir ki, Türkiyənin “Denizlispor” klubunun futbolçusu xeyli müddət idi ki, zədədən əziyyət çəkirdi və komanda ilə məşqlərdə iştirak etmirdi.
Lakin onun bərpa dövrü artıq geridə qalıb. Belə ki, İsayev Dənizli təmsilçisi ilə ümumi hazırlıqlara başlayıb.
Qeyd edək ki, Arif “Denizlispor”un son turdakı oyununu da məhz zədə səbəbindən buraxmışdı.
