11 fevral 2013 15:22
Turan Bakını Bakıda qəbul edəcək
“Turan”ın “Bakı” ilə Topaz Premyer Liqasının 16-cı turundan təxirə salınmış oyunu paytaxtda keçiriləcək. Azerisport.az xəbər verir ki, Tovuz klubunun stadionunda hazırda təmir işləri gedir.
Bu üzdən də “Turan” ev oyunlarını hələ doğma meydanda keçirməkdən məhrumdu. Elə “Bakı” ilə oyunun Bakıda keçirilməsi ehtiyacı da buna görə yaranıb.
Qeyd edək ki, bu qarşılaşma da fevralın 13-də keçirilməlidi. Oyun “Dalğa Arena”da baş tutacaq. Görüşün başlama saatı isə hələlik açıqlanmır.
Maraq üçün bildirək ki, fevralın 13-də 4-cü turdan təxirə salınan daha bir oyunda da AZAL “Neftçi”ni qəbul edəcək.
