11 fevral 2013 15:58
“Şadam ki, Azərbaycanda topa ilk toxunuşum qolla nəticələndi”
“Rəvan”ın yeni transferi Mindauqas Kalonas paytaxt klubundakı rəsmi debüt matçından danışıb. Azerisport.az saytına müsahibəsində o, qol vurduğu və 2:0 hesabıyla qalib gəldikləri görüşlə bağlı bunları dilə gətirib:
“Fikrimcə, debüt alındı. Meydana çıxdım, qol vurdum. Şadam ki, Azərbaycanda topa ilk toxunuşum qolla nəticələndi. 70-ci dəqiqədə meydana çıxmağım isə baş məşqçinin qərarı idi. Növbəti oyunlarda təbii ki, əsas heyətdə meydana çıxmağa çalışacağam”.