11 fevral 2013 16:37
Turanın stadionu nə vaxt hazır olacaq?
Xəbər verdiyimiz kimi, “Turan” doğma stadionunda təmir işləri getdiyinə görə Bakıya köçmək məcburiyyətində qalıb. Azerisport.az xəbər verir ki, Tovuz təmsilçisi ev oyunlarını “Bayıl Arena”da keçirməli olacaq.
Lakin bu, aprel ayına qədər davam edəcək. Belə ki, Tovuz şəhər stadionundakı təmir işlərinin apreldə başa çatması gözlənilir.
Qeyd edək ki, Tovuz şəhər stadionunun təbii ot örtüyü süni qazonla dəyişdirilir. Bu prosesin təxminən iki ay çəkməsi gözlənilir.
