12 fevral 2013 17:01
Sumqayıt dörd futbolçu ilə gücləndi
Fasilədən sonra "Bakı" ilə qarşılaşmadan məğlub ayrılan (1:2) "Sumqayıt"ın əvəzediciləri heyətini gücləndirib. Azerisport.az xəbər verir ki, "Lokomotiv"də forma geyinən 1995-ci il təvəllüdlü futbolçular - Anar Babayev və Əziz Qasımov bu komandayla müqavilə imzalayıb.
Bundan başqa, "Rəvan"ın əvəzedicilərində forma geyinən 1994-cü il təvəllüdlü Tapdıq Əliyev də "Sumqayıt"ın əvəzedicilərinə transfer olunub.
"Sumqayıt"ın 17 yaşadək futbolçularından ibarət komandasının üzvü Süleyman Piriyev də əvəzedici komandaya cəlb olunub.
