12 fevral 2013 17:11

“Qarabağla görüşdə qələbə qazanıb, altılıq şanslarımızı saxlamaq istəyirik”

Topaz Premyer Liqasının ikinci mərhələsinə “Bakı” heç-heçəsi ilə başlayan (1:1) “Sumqayıt” Futbol Klubu “Qarabağ”la qarşılaşmanın hazırlığına start verib. Azerisport.az xəbər verir ki, “zolaqlılar”la görüşdə meydanda ən yaxşılardan olan Sabir Allahquliyev klubun rəsmi saytına müsahibə verib.
 
- Necə fikirləşirsən, “Sumqayıt” “Bakı” ilə qarşılaşmada iki xal itirdi, yoxsa bir xal qazandı?
- “Sumqayıt” Futbol Klubu ölkə xaricində hazırlaşmasa da, komandamızın paytaxtda yüksək səviyyədə təlim-məşq toplanışı keçdiyini düşünürəm. Beş həftəlik hazırlıq prosesində var qüvvəmizlə çalışıb Topaz Premyer Liqasının ikinci mərhələsinə start verdik. Uşaqlar “Bakı” FK ilə qarşılaşmada meydanda bütün güclərini sərf etdilər. Oyun etibarı ilə də rəqibdən üstün oynadıq. Təəssüf ki, qələbə hesabını qoruya bilmədik. Düşünürəm ki, “Bakı” kimi komanda ilə qazanılan 1 xal bizim üçün önəmlidir.
 
- Vurulan qolda sənin əməyin böyük idi, yoxsa Orxan Əliyevin?
- Futbol komanda oyunudur. Meydanda hər kəs uğur qazanmaq üçün çalışmalıdır. Vurulan qolda hər ikimizin əməyi var. Həmin anda başımı qaldırıb Orxanın boş mövqedə qərarlaşdığını gördüm. O, da ötürməni layiqincə dəyərləndirdi.
 
- Komandaya yeni qoşulan futbolçular barəsində nə deyə bilərsən?
- Dövrələrarası fasilədə heyətə 4 futbolçu cəlb olundu. Biri qapıçı Tərlan Əhmədli olmaqla, Mirzağa Hüseynpur, Can Akgün və Eldar Cankişiyev məşqlərdə özlərini yaxşı tərəfdən göstərə biliblər. Lakin hazırlıq prosesinə nisbətən gec qoşulduqları üçün onlara müəyyən qədər vaxt lazımdır. Bir-iki qarşılaşmadan sonra yeni transferlər də komandaya tam uyğunlaşacaq.
 
- “Sumqayıt”ı həftəsonu çətin “Qarabağ” səfəri gözləyir. Bu qarşılaşmada komandanın əsas məqsədi nə olacaq?
- “Qarabağ” Futbol Klubu Azərbaycan Premyer Liqasının ən güclü klublarındadır. Milli komandamızın əksər üzvləri bu klubun formasını geyinir. Lakin biz də heç kimdən çəkinmirik. “Bakı” ilə görüşdə bunu göstərdik. Oyunun bizim üçün çətin keçəcəyini bilirik. “Sumqayıt” Futbol Klubu “Qarabağ”la görüşə uğur qazanmaq üçün çıxacaq. Ən azından bu qarşılaşmada bir xal qazanıb “altılıq” şanslarımızı saxlamaq istəyirik.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.