12 fevral 2013 18:25
"Azərbaycanda çempionatı Gürcüstan birinciliyindən daha güclüdü”
“İnter”in braziliyalı hücumçusu Robertinyo paytaxt komandasına keçidini şərh edib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
“Mən artıq bir neçə gündür Bakıdayam. Bu şəhər çox xoşuma gəldi. Bu gün komandanın heyətində ilk dəfə məşq etdim və ümid edirəm ki, komandaya yaxın matçlarda kömək edə biləcəyəm. Mənə demişdilər ki, “İnter” Azərbaycanın ən yaxşı komandalarından biridi və indi bunun şəxsən şahidi oldum. Buna qədər mən Gürcüstan çempionatında iştirak edirdim. Orada bir neçə güclü komanda var. Ancaq Azərbaycanda çempionatı daha güclüdü. Etiraf edim ki, bunadək “İnter”in bəzi futbolçularıyla tanış idim və düşünürəm ki, komandaya adaptasiya olmaq çətin olmayacaq. Ümid edirəm ki, bu mövsüm “İnter” məqsədlərinə çatacaq və mən də yeni klubuma uğura nail olmasında kömək edəcəyəm”.
