12 fevral 2013 20:03
Vitali Borisov: Bunu seçmə mərhələ oyunları göstərəcək
Futzal üzrə Azərbaycan yığmasının və “Araz”ın oyunçusu Vitali Borisov azerisport.az saytına müsahibəsində Bakıda təşkil olunan beynəlxalq turnirdən, Moskva toplanışından və növbəti seçmə mərhələyə hazırlıqdan danışıb.
- Azərbaycan yığması Bakıdakı beynəlxalq turniri nə dərəcədə ciddiyə alır?
- Bu turnir ilk növbədə qarşıdakı Avropa Çempionatının seçmə mərhələ oyunlarına hazırlıq baxımından böyük önəm daşıyır. Təəssüf ki, bu turnirdə optimal heyətlə çıxış edə bilməcəyik. Felipe ilə Amadeu zədə səbəbindən komandaya kömək edə bilməyəcək. Buna baxmayaraq, turnirə yaxşı köklənmişik.
- Rəqiblər arasında sizə ciddi çətinlik yarada biləcək komanda var?
- Bəli. Moldovanın indi hansı vəziyyətdə olduğunu bilmirəm. Onlarla çoxdandı oynamırıq. Belarus və Özbəkistan yığmaları ortabab komandalardı. Latviya ilə ötən il də oynamışdıq. O vaxt bir görüşdə uduzub, digərində qələbə qazanmışdıq.

- Ötən mövsüm bu turnirin qalibi ola bilməmişdiniz...
- Doğma meydanda keçirilən turnirdə qələbə qazanmaq lazımdı. Bu, seçmə mərhələ ərəfəsində yaxşı stimul ola bilər.
- Yanvar ayında komandamızın Moskvada keçirdiyi təlim-məşq toplanışı nə dərəcədə faydalı oldu?
- Orda üç yoxlama oyununda qüvvəmizi sınadıq. Yerli “Norilskiy Nikel” klubu ilə oyunda 4:4 hesabı qeydə alındı. Elə Rusiyanın gənclərdən ibarət yığmasıyla görüşlər də heç-heçə başa çatdı - 4:4, 2:2. Lakin bu görüşlərdə nəticə bizim üçün önəmli deyildi. Həm toplanışın, həm də bu oyunların komandamıza böyük faydası oldu.

- Deməli, Azərbaycan yığmasının indi daha güclü olduğunu deyə bilərik?
- Bunu AÇ-nin seçmə mərhələ oyunları göstərəcək.
- Bunu AÇ-nin seçmə mərhələ oyunları göstərəcək.
- Bosniya-Herseqovina və Sloveniyanın ardınca yığmamızın seçmə mərhələdəki daha bir rəqibi də müəyyənləşdi – Norveç...
- Bu komandanı qrupumuzun sirli qutusu saymaq olar. Çünki onlarla indiyə qədər oynamamışıq. Ötən gün onlar İspaniya yığması ilə yoxlama oyunu keçiriblər və 1:10 hesabıyla uduzublar. Əslində bu hesab darmadağından xəbər versə də, Norveç üçün o qədər də bərbad nəticə sayılmamalıdı.