12 fevral 2013 11:06
Berti Foqts millimizi nə vaxt bir araya gətirəcək?
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində martın 22-də səfərdə Lüksemburq, martın 26-da isə Bakıda Portuqaliya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandası qeyd olunmuş oyunlara hazırlıq məqsədilə martın 13-dən 26-dək təlim-məşq toplanışı keçirəcək. Azerisport.az xəbər verir ki, məlumatı AFFA-nın rəsmi saytı yayıb.
Hələlik toplanışa dəvət olunacaq futbolçuların siyahısı açıqlanmır.
