12 fevral 2013 11:19
Millimizin Portuqaliya ilə matçına bilet satışı (FOTOLAR)
Xəbər verdiyimiz kimi, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Portuqaliya oyununun biletləri satışa çıxarılıb. Azerisport.az xəbər verir ki, biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından, “28 Mall” Ticarət Mərkəzindən, “Metropark” Ticarət və Əyləncə Mərkəzindən və Park Bulvar Alış-Veriş Mərkəzindən almaq mümkündü.
