13 fevral 2013 00:26
“Əsas rəqibimizin Belarus millisi olduğunu düşünürəm”
VI Bakı Beynəlxalq Futzal Turniri çərçivəsində keçirilmiş Azərbaycan – Latviya oyunundan sonra yığma komandamızın baş məşqçi Joze Alesio Da Silva fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, braziliyalı mütəxəssis 6:1 hesablı qələbə ilə bağlı bunları dilə gətirib:
“İkinci hissəyə nisbətən ilk yarıdakı oyunumuz daha yaxşı təsir bağışladı. Fasilədən sonra müəyyən qədər fərqli oynadıq. Ümumilikdə oyundan razı qaldım. Eyni zamanda, bu gün Özbəkistan yığmasını məğlub etmiş ikinci yığmamızı da qeyd etmək istərdim. Avropa çempionatının seçmə mərhələsi zamanı həmin heyətdən əsas milliyə bəzi oyunçular cəlb oluna bilər. Seçim imkanının geniş olması müsbət haldır. Bu turnirdəki əsas rəqibimizin Belarus yığması olduğunu düşünürəm”.