13 fevral 2013 00:08
Latviya millisinin baş məşqçisi yığmamıza məğlubiyyətdən danışdı
VI Bakı Beynəlxalq Futzal Turniri çərçivəsində keçirilmiş Azərbaycan – Latviya oyunundan sonra rəqib komandanın baş məşqçi Artur Şketov fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandasının 1:6 hesablı məğlubiyyəti ilə bağlı bunları dilə gətirib:
“İki erkən qol buraxdıq. Buna görə birinci hissədə oyunumuz alınmadı. Müdafiədə kobud səhvlər buraxdıq. Fasilədən sonra müəyyən taktiki dəyişikliklər etdik və birinci hissə ilə müqayisədə daha yaxşı oynadıq. Müxtəlif səbəblər üzündən əsas heyətin bir neçə oyunçusunun xidmətindən yararlana bilmirik. Sözsüz ki, bu da oyunumuza mənfi təsirini göstərir”.
