12 fevral 2013 11:58
“Bütün klublar yığmanın toplanışlarından narazıdı, sadəcə heç kim açıq danışmaq istəmir”
“İnter”in prezidenti Georgi Nikolov belə hesab edir ki, Azərbaycan yığmasının mütəmadi təşkil olunan təlim-məşq toplanışları Premyer Liqada çıxış edən klublara böyük problemlər yaradır. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Başa düşə bilmirəm ki, yığma komandanı martın ortalarında necə bir araya gətirmək olar? Axı çempionatın ən vacib və həlledici oyunları həmin dövrdə olacaq. Komandalar həmin vaxt yaxşı sürət yığmış olacaqlar. Amma çempionatın ən maraqlı dövründə Berti Foqts yığmanın toplanışını təşkil edir. Bu mənasız toplanışlar klublara problem yaradır. Mən bir neçə dəfə bunu Foqtsun özünə də demişəm. Təbii ki, o da öz arqumentlərini ortaya qoyub. Bu toplanışa etirazımı bildirirəm. Fikrimcə, əksər klublar mənimlə razılaşacaqlar. Sadəcə, heç kim açıq danışmaq istəmir. Hesab edirəm ki, bütün klublar öz fikirlərini açıq şəkildə bildirməlidilər. “İnter”də bir sevindirici məqam var ki, heç olmasa yığmaya gedən futbolçularımız çox deyil”.