12 fevral 2013 12:08
Slavço Georgiyevski: Biz onlara meydanda cavab verməyi qərara almışdıq
“İnter”in makedoniyalı yarımmüdafiəçisi Slavço Georgiyevski Topaz Premyer Liqasının 19-cu turunun “Xəzər Lənkəran”la oyunundan sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Lənkərandakı qələbə ilə bağlı nə deyə bilərsiz?
- Biz məhz belə oyun gözləyirdik. Baş məşqçimiz rəqibin taktikasını diqqətlə izləmişdi. Biz hər şeyə hazır idik. “AZAL Arena”da keçirilən və qolsuz başa çatan ilk oyunu xatırlayırsız? Biz həmin oyunda çoxlu qol epizodlarını boşa vermişdik. Amma bu dəfə demək olar ki, bütün qol şanslarından yararlana bildik. Tamamilə layiqli bir qələbə qazandıq.

- Georgi Lomayanın Uğur Pamukun qolunda səhvə yol verdiyini düşünmürsüz?
- O, səhv etmədi. Səhv bütövlükdə komandanın adına yazılmalıdı. Biz özümüz vəziyyəti o həddə çatdırdıq ki, qapımıza belə bir zərbə endirildi. Amma bu qol bizə elə də ciddi təsir etmədi. Çünki psixoloji üstünlük tərəfimizdə idi. Motivasiyamız çox yüksək idi. Buna görə mən “Xəzər Lənkəran”ın baş məşqçisi Karles Bakesə təşəkkürümü bildirirəm.

- Bakesə?
- Bəli. Mən onun bir müsahibəsini oxumuşdum. O, söz vermişdi ki, komandası “İnter”i iki dəfə məğlub edib, çempion olacaq. Sanki iki həftəyə yeni komanda yaradıb, çempion olmaq mümkündü. Qoy “Xəzər Lənkəran” çempionluq fikirlərini növbəti mövsümə saxlasın. Güman edirəm ki, Bakes bu məğlubiyyətdən sonra daha elə iddialı açıqlamalar verməz. Elə Vanderson Skardueli də.

- Deməli, “İnter”in səfərdə bu cür oynaması, motivasiyası həmin açıqlamalarla bağlı idi?
- Məsələ motivasiyada deyil. Sadəcə, onların düşüncələri səhv idi. Yaxşı oyun sərgiləmək üçün ən azı 3-4 ay hazırlaşmaq lazımdı. Bilirsiz onların açıqlamalarına “İnter”in düşərgəsindən niyə heç bir cavab gəlmədi? Çünki biz onlara meydanda cavab verməyi qərara almışdıq. Bakes çox sağ olsun. Yaxşı ki, Azərbaycanda belə məşqçilər var.

- “Xəzər Lənkəran”ın zəif oynadığını düşünmürsüz?
- “Xəzər Lənkəran” yaxşı komandadı. Onlar da maksimum çalışdılar. Sadəcə, biz daha güclü idik.

- “İnter” rəsmən ilk altılıqdakı yerini təmin etdi. Artıq çempionluq haqda düşünmək olar?
- Hələ tezdi. Hər oyunda maksimuma çalışmaq lazımdı.
- Hansı komandanı ən təhlükəli rəqib sayırsız?
- “İnter” üçün zəif rəqib yoxdu. Hər bir komanda ilk altılığa düşmək, medallar uğrunda mübarizə aparmaq istəyir.