12 fevral 2013 12:17
PFL Turanla bağlı qərarını açıqladı
Peşəkar Futbol Liqası “Turan”ın stadion problemi ilə bağlı qərar qəbul edib. Azerisport.az xəbər verir ki, qurumun bu gün yaydığı rəsmi xəbərdə bunları qeyd olunub:
“Tovuz şəhər stadionunda əsaslı təmir işlərinin aparılması və ot örtüyünün yenilənməsi ilə əlaqədar olaraq, eləcə də klubun PFL-ə müraciətini nəzərə alaraq PFL-in prezidenti Ramin Musayev Topaz Premyer Liqasında “Turan” klubunun əsas heyətinin ev oyunlarını “Dalğa Arena” stadionunda, əvəzedici komandanın isə Tovuz Olimpiya İdman Kompleksinin stadionunda keçirməsi barədə əmr imzalayıb”.