12 fevral 2013 12:26
Turan - Bakı matçının proqramı açıqlandı
Topaz Premyer Liqasının 16-cı turunun təxirə salınmış “Turan” – “Bakı” oyunu 13 fevral 2013-cü il tarixdə “Dalğa Arena” stadionunda keçiriləcək. Azerisport.az xəbər verir ki, saat 15:00-da başlayacaq oyuna hakim təyinatları açıqlanıb.
Bu oyunun proqramı, eləcə də təyinatları ilə aşağıda tanış ola bilərsiz:
Topaz Premyer Liqası
16-cı turdan təxirə salınmış oyun
13 fevral (çərşənbə)
Turan – Bakı
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, İsgəndər Əliyev, Namiq Bəkirov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Şahin Cəfərov
Dalğa Arena stadionu, 15:00
