12 fevral 2013 12:57
İtaliyalı mütəxəssis yığmamızın Portuqaliya ilə oyununu izləməyə gəlir
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində martın 26-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Portuqaliya oyunu millimizin mübarizə apardığı F qrupunda yer alan digər komandaların da diqqət mərkəzindədi. Azerisport.az xəbər verir ki, qeyd olunmuş qarşılaşmanı Rusiya Futbol İttifaqının Bakıya ezam edəcəyi “casus” da izləyəcək.
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, yığmamızın görüşünü izləmək üçün baş məşqçi Fabio Kapello öz köməkçisi - italiyalı mütəxəssis Nikola Bertonini Bakıya göndərəcək.
