13 fevral 2013 17:53
Neftçi də ilk altılıqda, Bakı Turanı 4 cavabsız qolla məğlub etdi (YENİLƏNİB)
Bu gun futbol üzrə Azərbaycan çempionatında əvvəlki turlardan təxirə salınmış iki görüş keçirilib. Azerisport.az xəbər verir ki, bunlardan biri Topaz Premyer Liqasının 4-cü, digəri isə 16-cı turundan təxirə salınmış görüşüb.
4-cü turdan təxirə salınmış görüşdə AZAL doğma divarlar arasında son ölkə çempionu “Neftçi” ilə münasibətlərinə aydınlıq gətirib. “Ağ-qaralar” hətta 1 xal da qazansa, “İnter” və “Simurq”un ardından ilk altılığa vəsiqəni rəsmən təmin etmiş olacaqdı. “Təyyarəçilər” isə ilk altılıq şanslarını saxlamaq üçün mütləq qələbə qazanmalıydı. Lakin görüş çempionun qələbəsiylə başa çatıb. Beləcə, bu komanda da medallar uğrunda mübarizə aparacağını tam rəsmiləşdirib. AZAL isə işini daha da çətinə salıb.
Günün digər oyunu “Turan”la “Bakı” arasında baş tutub. 16-cı turdan təxirə salınmış görüşdə Tovuz təmsilçisi paytaxt klubunu elə Bakıda “qəbul edib”. Çünki hazırda “Turan”ın doğma arenası təmirdədi. Bu üzdən də “Bakı”nın qələbə qazanmaq şansı xeyli çox idi. Gözlənildiyi kimi, "zolaqlılar" bu şansı əldən qaçırmayblar. Bojidar Bandoviçin yetirmələri 3 xalı 4 cavabsız qolla qazanıblar.
Topaz Premyer Liqası
13 fevral
AZAL - NEFTÇİ - 1:2 (0:2)
Qollar: N.Kanales, 27 (0:1), N.Kanales, 45+1 (0:2), F.Nildo, 73 (1:2)
Hakimlər: Fariz Yusifov, Rza Məmmədov, Vaqif Musayev, Rauf Cabbarov.
Bakı. "AZAL Arena".
Oyun başladı
5. AZAL ilk dəqiqələrdən daha fəaldı
10. "Neftçi" də hücuma atılır, amma hələ ki, bəhrəsizdi
14. AZAL qonaqların qapısına yol tapsa da, hakimlər ofsayd olduğunu bildirirlər
16. Flavinyonun uzaqdan zərbəsi qapıdan yan keçir
19. O.Səfiyaroğlu hesabı açmağa çox yaxın olsa da, Stamenkoviç əla reaksiya nümayiş etdirir
20. AZAL kornerdən yararlana bilmir
21. Tərlan Quliyev zədələndiyi üçün oyunu davam etdirə bilmir
22. T.Quliyevin əvəzində meydana E.Yunuszadə çıxır
23. AZAL-ın daha bir təhlükəli hücumu zamanı Bertuççiyə dəyən top kornerə çıxır. Amma AZAL bu korneri də boşa verir
25. Benuahi çox gözəl əks-hücum zamanı daha bir real qol şansını boşa verir
27. AZAL müdafiəsinin kobud səhvi Kanalesin hesabı açması ilə nəticələnir - 0:1
32. Orxan qonaqları cəzalandırmağa çox yaxın olsa da, yenə zərbəsi dəqiq olmur
35. E.Yunuszadə rəqib futbolçuya qarşı kobudluğa görə sarı vərəqə ilə cəzalanır
38. Bertuççi də zədələnir və böyü ehtimalla oyuna davam edə bilməyəcək
41. "Neftçi"də ikinci məcburi dəyişiklik: Bertuççini D.Silva əvəzləyir
43. R.Sadiqovun zərbəsi qapıdan azca yan keçir
43. Vobayın zərbəsi müdafiəçidən dönür
45. İlk yarıya 1 dəqiqə əlavə olunur
45+1. Kanales özünün və komandasının ikinci qolunu vurur - 0:2
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. Nildo fərqi azaltmağa çox yaxın olsa da, şansını qaçırır
55. İlk yarı ilə müqayisədə fasilədən sonra çox sönük oyun gedir
60. "Neftçi" artıq top saxlamağa, tempi aşağı salmğa çalışır
70. AZAL-ın cəhdləri demək olar ki, bəhrəsizdi
73. İbekoyinin ötürməsindən sonra Nildo fərdi ustalığı sayəsində müdafiəçiləri və qapıçını keçib, hesab arasındakı fərqi azaldır - 1:2
76. Boqdanoviç İbekoyinin əvəzində meydana daxil olur
84. "Neftçi"də Vobayı C.İmamverdiyev əvəzləyir
90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
90+3. Boqdanoviçin çox təhlükəli cərimə zərbəsi canlı səddən qayıdır
Matç başa çatdı
AZAL: 12. Cahangir Həsənzadə (k), 4. Xose Junior Aylton, 2. Xuan Fransisko, 15. Oskar Klava, 20. Branislav Arseniyeviç, 6. Tagim Novruzov, 17. Viktor İbekoyi, 19. Orxan Səfiyaroğlu, 11. Zohair Benuahi, 22. Ruslan Tağızadə, 16. Junior Nildo.
Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 23. Tural Nərimanov, 77. Saşa Yunisoğlu, 32. Vladimir Boqdanoviç, 9. Elşən Məmmədov, 7. Cavid Tağıyev, 37. Andrius Veliçka.
NEFTÇİ: 30. Saşa Stamenkoviç, 4. Tərlan Quliyev, 5. İqor Mitreski, 6. Rəşad Sadiqov (k), 9. Flavinyo, 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 17. Araz Abdullayev, 22. Mahir Şükürov.
Ehtiyat oyunçular: 1. Conni Leoni, 2. Xose Luis Kabion, 3. Denis Silva Kruz, 14. Bahodir Nasimov, 19. Mirhüseyn Seyidov, 25. Cavid İmamverdiyev, 32. Elvin Yunuszadə.
TURAN - BAKI - 0:4 (0:1)
Qollar: M.Pena, 43 (0:1), Məmmədov, 62 (0:2), A.Şoliç, 68 (0:3), N.Novruzov, 85 (0:4)
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, İsgəndər Əliyev, Namiq Bəkirov.
Bakı. "Dalğa Arena".
Oyun başladı
"Bakı" ilk dəqiqələrdən daha fəaldı
Hacıyevin zərbəsi qapıdan azca aralı keçir
Nəhayət ki, "Bakı"nın 10-15 azarkeşi gecikməylə də olsa, arenaya daxil olurlar
Berayanın təhlükəli zərbəsini Nuredinoski dəf edir
Novruzov qol vurmağa yaxın olsa da, zərbəsi dəqiq olmur
"Turan"da da Beraya ilə Janalidzenin fəallığı qolla nəticələnməyə çox yaxın idi
Horvatın zərbəsini qapıçı çətinliklə kornerə çıxarır
Cərimə meydançasındakı kobudluğa görə "Turan"ın qapısına penalti təyin olunur. Amma Şoliç Bayramovla dueldən qalib ayrıla bilmir
Pena nəhayət ki, son dəqiqələrdə hesabı açır - 0:1
Birinci hissə başa çatdı
İkinci hissə başladı
"Bakı" ikinci hissəyə daha fəal başlayıb
Məmmədovun cərimə zərbəsi təhlükəli olsa da, dəqiq alınmır
Günlünün zərbəsi qapıçıda qalır
Məmmədovun uzaqdan zərbəsi zamanı qapıçının kobud səhvi ikinci qolla nəticələnir - 0:2
Şoliç hesabı darmadağın həddinə çatdırır - 0:3
Oyunda temp xeyli aşağı düşüb
"Bakı" topa nəzarəti əldə saxlayır
"Turan" demək olar ki, heç nə edə bilmir
N.Novruzov hesabı biabırçı həddə çatdırır - 0:4
Matç başa çatdı
TURAN: 1. Kamal Bayramov (k), 14. Yaroslav Suxanov, 26. Aleksandr Krutskeviç, 6. Mikayıl Rəhimov, 3. Anatoli Stukalov, 4. Vüqar Bəybalayev, 2. Dmitri Pospelov, 10. Ender Günlü, 23. İrakli Beraya, 9. Murad Ağakişiyev, 20. David Janelidze.
Ehtiyat oyunçular: 28. Andrey Popoviç, 22. Rəşad Hacızadə, 17. Fərmayıl Əliyev, 11. Salif Ballo, 7. Azər Məmmədov, 21. Elşad Manafov, 15. Sənan Qocayev.
BAKI: 82. Edin Nuredinoski, 27. George Popxadze, 14. Elvin Əliyev, 6. İbrahim Karqbo, 3. Denis İvanov, 77. Aleksandar Soliç, 99. Rəhman Hacıyev, 10. Lukas Mario Horvat, 11. Elvin Məmmədov (k), 19. Nurlan Novruzov, 24. Marius Pena.
Ehtiyat oyunçular: 1. Kamran Ağayev, 29. Əziz Quliyev, 38. Namiq Ələsgərov, 17. Mario Rubio, 23. Rauf Əliyev, 2. Edemir Rodriqes, 28. Ferdi Elmas.
| 1 | İnter | 19 | 10 | 7 | 2 | 22 | 9 | +13 | 37 |
| 2 | Neftçi | 19 | 11 | 2 | 6 | 40 | 22 | +18 | 35 |
| 3 | Simurq | 19 | 9 | 7 | 3 | 24 | 12 | +12 | 34 |
| 4 | Qarabağ | 19 | 8 | 8 | 3 | 24 | 17 | +7 | 32 |
| 5 | Qəbələ | 19 | 8 | 5 | 6 | 22 | 19 | +3 | 29 |
| 6 | XL | 19 | 6 | 6 | 7 | 26 | 21 | +5 | 24 |
| 7 | AZAL | 19 | 5 | 8 | 6 | 23 | 22 | +1 | 23 |
| 8 | Bakı | 19 | 4 | 11 | 4 | 20 | 14 | +6 | 23 |
| 9 | Sumqayıt | 19 | 5 | 6 | 8 | 18 | 33 | –15 | 21 |
| 10 | Turan | 19 | 5 | 5 | 9 | 19 | 28 | –9 | 20 |
| 11 | Rəvan | 19 | 5 | 4 | 10 | 18 | 31 | –13 | 19 |
| 12 | Kəpəz | 19 | 2 | 3 | 14 | 11 | 39 | –28 | 9 |
Bombardirlər:
18 - Nikolas Kanales (Neftçi)
11 - Franko Nildo (AZAL)
7 - Salif Ballo (Turan), Zohair Benuahi (AZAL), Riçard Almeyda (Qarabağ), Baçana Sxadadze (İnter).
