12 fevral 2013 13:37
Simurq da rəsmən ilk altılığa vəsiqə qazandı
“İnter”in ardınca daha bir klubun Topaz Premyer Liqasının final mərhələsində ilk altılıqda mübarizə aparacağı dəqiqləşib. Azerisport.az xəbər verir ki, bu, “Simurq”du.
“Bankirlər” kimi, Zaqatala təmsilçisi də ilkin mərhələnin qalan oyunlarında məğlubiyyətlə üzləşsə, heç bir halda ilk altılıqdan kənarda qalmayacaq.
Qeyd edək ki, ilk altılıqdakı yerini təmin etməyə növbəti namizəd “Neftçi”di. Paytaxt klubu sabah 4-cü turdan təxirə salınmış AZAL-la oyuna qələbə qazansa, rəsmən ilk altılıqda yer alacaq.
