12 fevral 2013 13:46
Azərbaycan çempionu Avstiya klubunu darmadağın etdi
Futbol üzrə Azərbaycan Birinci Divizionunun lideri “Qaradağ Lökbatan” Türkiyədəki təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, son çempion qardaş ölkədəki hazırlıq prosesi çərçivəsində dördüncü matçını keçirib.
“Qaradağ Lökbatan”ın bu dəfəki rəqibi Avstriyanın “Landorf” klubu olub. Azərbaycan təmsilçisi 3:0 hesablı qələbəyə sevinib. Rüfət Məmmədovun dubla imza atdığı görüşdə daha bir qolu da Novruz Ələkbərov vurub.
Qeyd edək ki, “Qaradağ Lökbatan” bundan öncə Almaniyanın “Steynbax” (3:0) və Makedoniyanın “Qostivar” (3:1) klublarını məğlub etmiş, eləcə də Avtriyanın “Lask” klubu ilə sülh (1:1) bağlamışdı.
