12 fevral 2013 13:52
Qarabağ da Berti Foqtsa qarşı çıxdı
“Qarabağ”ın direktoru Əmrah Çəlikəl futbol üzrə Azərbaycan yığmasının martın 13-dən 26-dək təşkil olunacaq təlim-məşq toplanışı ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Mart ayında bütün komandalar altılıq oyunları haqda düşünəcəklər. Ona görə də yığmada çıxış edən futbolçularımızı bu qədər erkən buraxmağımız bizə problem yaradacaq. Axı “Qarabağ”da yığma üzvləri daha çoxdu. Biz bu məsələni baş məşqçi Qurban Qurbanovla da müzakirə etməliyik. İnanmıram ki, o, oyunçuların bu qədər uzun müddətə yığmaya buraxsın. Biz hamımız Azərbaycan yığmasını dəstəkləyirik. Amma nəyə görə futbolçularımızı bu qədər uzun müddətə buraxmalıyıq? Elə olan halda bizim çempionatdakı çıxışımız necə alınacaq”?
