12 fevral 2013 14:06
Azərbaycan yığması Türkiyə və Yunanıstanla qarşılaşa bilər
Futzal üzrə Azərbaycan yığması Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində daha iki yoxlama oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, komandamız həmin oyunları mart ayının 10 və 11-də keçirməyi planlaşdırır.
Komandamızın rəqibi isə hələ bəlli deyil. Böyük ehtimalla bu, ya Türkiyə, ya da Yunanıstan yığmaları olacaq. Danışıqlar davam edir. Hansı ölkənin yığması Bakıya gəlməyə razı olsa, həmin komanda ilə iki ardıcıl görüşün keçirilməsi nəzərdə tutulub.
