12 fevral 2013 14:38
Dalğa Arenada 150-ci oyun
AFFA tərəfindən inşa olumuş "Dalğa Arena"da keçirilmiş oyunların sayı 150-yə çatıb. Azerisport.az xəbər verir ki, "U-14 Azərbaycan kuboku" turnirinin 1/4 final mərhələsi çərçivəsində Qərb və Şimal yığmaları arasında keçirilmiş qarşılaşma "Dalğa Arena"nın istifadəyə verildiyi 600 gün ərzində qəbul etdiyi 150-ci oyun olub.
Xatırladaq ki, AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"nın açılış mərasimi 2011-ci il iyunun 6-da FIFA-nın przidenti Yozef Blatter, UEFA-nın prezidenti Mişel Platini və AFFA-nın prezidenti Rövnəq Abdullayevin iştirakı ilə keçirilib.
