12 fevral 2013 15:07
Xəzər Lənkəranla Qarabağ azarkeşlərinə görə ziyana düşdü
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqanın son turu ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
Topaz Premyer Liqasının XIX turunun “Rəvan” – “Turan” matçında “Rəvan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Topaz Premyer Liqasının XIX turunun “Rəvan” – “Turan” matçında “Rəvan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
AZAL – “Simurq” matçının 62-ci dəqiqəsində “Simurq”un futbolçusu Rasim Ramaldanov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
“Qəbələ” – “Qarabağ” matçının 30 və 54-cü dəqiqələrində “Qarabağ”ın azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə olunduğu üçün klub 1000 manat cərimə olunub.
“Bakı” – “Sumqayıt” oyunun 59-cu dəqiqəsində “Bakı”nın futbolçusu Aqil Nəbiyev kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
“Xəzər Lənkəran” – “İnter” matçında “İnter”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 88-ci dəqiqəsində “Xəzər Lənkəran”ın azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.
